Loading...
logo
Baş redaktorluğu ESRI-də olan İƏT-in “İqtisadiyyat” jurnalının növbəti sayı nəşr edilib
Baş redaktorluğu ESRI-də olan İƏT-in “İqtisadiyyat” jurnalının növbəti sayı nəşr edilib

Jurnalda Azərbaycan, İran, Özbəkistan və Rusiyadan olan müəlliflərin məqalələri yer alıb.

Baş redaktorluğu İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalının yeni sayı nəşr edilib.

Uzun fasilədən sonra nəşr edilmiş jurnalda Azərbaycan, İran, Özbəkistan və Rusiyadan olan müəlliflərin məqalələri yer alıb.

Jurnal ümumilikdə 13 məqalədən ibarətdir. Sözügedən məqalələr əsasən iqtisadi əməkdaşlıq, iqtisadi böhranlar, strateji inkişaf, idxal-ixrac, infrastruktur, rəqəmsallaşma kimi sahələri əhatə edir.

Qeyd edək ki, bu, jurnalın Bakıda nəşr edilmiş ilk sayıdır. Jurnalın formatı, məqalələrin təqdimatı ilə bağlı qaydalar, eləcə də müəlliflərlə bağlı müəyyən olunmuş şərtlərdə bir sıra dəyişikliklər edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.