Loading...
logo
ESRI nümayəndələri Qırğız Respublikasının aparıcı beyin mərkəzində olublar
ESRI nümayəndələri Qırğız Respublikasının aparıcı beyin mərkəzində olublar

ESRI əməkdaşları Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun (NİSİ) əməkdaşları ilə görüşüblər.

27 sentyabr 2023-cü il tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Vüqar Abbasov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun əməkdaşları ilə görüşüblər.

Görüşdə NİSİ tərəfdən İnstitutun direktor müavini Ermek Çeçeybaev, elmi işçilər Kamilya İqrebaeva, Şanıl Camırkanova və Asel Cailova iştirak ediblər.

İlk öncə E. Çeçeybaev NİSİ-nin tarixindən, fəaliyyət istiqamətlərindən, 2022-ci ilin avqustundan etibarən görülmüş işlərdən bəhs edib. O, NİSİ-nin strateji səviyyədə əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən siyasi istiqamətlərin təyin olunmasında, Qırğız Respublikasının Prezidenti üçün hesabat hazırlanmasında iştirak etdiyini ESRI əməkdaşlarının diqqətinə çatdırıb.

Daha sonra E. Lətifli ESRI-nin tarixi, fəaliyyət istiqamətləri, publik hüquqi şəxs olduqdan sonra gördüyü işlər, eləcə də ESRI-nin beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıqları, həm dövlət sektoru, həm də özəl sektor üçün görülən işlərdən danışıb. E. Lətifli həmçinin ESRI-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan layihələrə hansı formada töhvə verdiyini NİSİ əməkdaşlarının diqqətinə çatdırıb.

Görüş zamanı iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Sonda xatirə şəkli çəkilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.