Loading...
logo
Yeni dövr

“İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi (The ESRI) Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əsasında yaradılmışdır. 60 illik böyük tarixə malik tədqiqat qurumu 1964-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında təşkil edilmiş Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun varisidir.

ESRI-nin əsas hədəfi müasir beyin mərkəzi və elmi tədqiqat müəssisəsi kimi formalaşaraq bütövlükdə iqtisadiyyat və onun ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı elmi-tədqiqat, təhlil və akademik təlimlərin təklifi, ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslarının işlənib hazırlanması, analitik-informasiya məhsullarının tərtib edilməsi və nəşrinin təşkili, müvafiq proqram və layihələrin hazırlanması, həmçinin, dövlət, özəl, ictimai və beynəlxalq sektorlar üçün müvafiq sahədə təlim, tədris, məsləhət, monitorinq, qiymətləndirmə, ekspertiza, məlumat bazalarının yaradılması, strateji planlaşdırma, innovativ inkişaf üzrə işlərin aparılması və s. istiqamətlərində xidmətlərin göstərilməsidir.

İnstitutun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə İnstitutun tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Mərkəz müxtəlif sahələrdə dövlət və özəl sektor üçün peşə hazırlığının təkmilləşdirilməsini, əmək bazarının və insan resurslarının monitorinqi və qiymətləndirilməsini həyata keçirən, yenidən hazırlanma və ixtisasartırmanı təmin edən təlim və tədris müəssisəsidir.

Hal-hazırda ESRI tərəfindən aktiv şəkildə beyin mərkəzi kimi brendinin tanınması, korporativ və işgüzar imicinin yaradılması, elektron məlumat resurslarının qurulması, əməkdaşlıq üçün potensial tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi və s. istiqamətlər üzrə işlər aparılır.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.