Loading...
logo
Sovet dövrü
 
Sovet İttifaqı dövründə müttəfiq respublikalar arasında öz iqtisadi və elmi potensialına görə Azərbaycan aparıcı yerlərdən birini tuturdu. Bu işdə 1964-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun xidmətləri danılmazdır. Yeni yaradılmış İnstitut həmin dövrdə Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat idarəsi idi. İnstitutun əsas fəaliyyəti xalq təsərrüfatının inkişafı, məhsuldar qüvvələrin yerləşdirilməsi ilə bağlı baş sxemlərin hazırlanmasından ibarət idi.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə xalq təsərrüfatının sürətlənən inkişafı İnstitutun fəaliyyətində böyük canlanma yaratdı. Bunun nəticəsində ölkədə iqtisadiyyatın planlaşdırılması və inkişafında yeni dövrün əsası qoyuldu, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu. 1977-ci ildə İnstitutun yeni binası istifadəyə verilərək, onun maddi-texniki bazası və kadr potensialı möhkəmləndirildi.
Dövlət müstəqilliyinin ilk illərində belə, ağır şəraitə baxmayaraq, İnstitut ölkədə müstəqil milli iqtisadiyyatın formalaşması və bazar münasibətlərinə keçidlə əlaqədar başlanılmış köklü islahatlara öz elmi töhvələrini verməyə davam etmişdir.
 
 
 
© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.