Loading...
logo
Elmi Şura
İqtisadi Elmi Tədqiqat İnstitutunda elmi-praktiki fəaliyyətin əsas məsələlərinə baxılması üçün məşvərətçi hüququnda Elmi Şura fəaliyyət göstərir.
Tərkibi:
Elmi şuranın fəaliyyətinin təşkili
Elmi şuranın tərkibi İnstitutun direktorunun təqdimatına əsasən iqtisadiyyat naziri tərəfindən təsdiq olunur.
Elmi şurada təmsil olunan mütəxəssis heyəti İnstitutun direktorundan (şuranın sədri), direktorun müavinlərindən, elmi katibdən (şuranın katibi), əsas struktur bölmələrinin rəhbərlərindən, struktur bölmələrdə işləyən aparıcı alim və elmi işçilərdən, ölkənin digər elmi-tədqiqat və təhsil müəssisələrində, eləcə də idarəetmə orqanlarında çalışan görkəmli alim və mütəxəssislərdən təşkil olunur.
Elmi şura aşağıdakı vəzifələri həyata keçirir: 
  • İnstitutun elmi-praktik fəaliyyətinin əsas istiqamətlərini, elmi-tədqiqat işləri, tədris proqram və planlarını müzakirə və təsdiq edir;
  • Elmi Şuranın sədrinin təqdimatı ilə elmi-tədqiqat bölmələrinin rəhbərlərinin, ayrı-ayrı mövzular (layihələr) üzrə rəhbərlərin və məsul icraçıların elmi-tədqiqat işlərinin gedişi və nəticələri haqqında hesabatlarını dinləyir, müzakirə edir, müvafiq təklif və tövsiyələr verir;
  • Başqa elmi-iqtisadi idarələrlə yaradılacaq əməkdaşlığı və əlaqələndirmə məsələlərini müzakirə edir və müvafiq qərarlar verir;
  • Elmi əsərləri müzakirə edir və onların dərc olunmasının məqsədəuyğunluğu haqqında qərar verir;
  • İnstitutun elmi əsərlər toplusunun, elmi-praktik jurnallarının, analitik-informasiya bülletenlərinin və s. çap məhsullarının dərc olunması, eləcə də elmi-praktiki konfranslar, müşavirələr, seminarlar, dəyirmi masalar və s. bu kimi digər tədbirlərin keçirilməsi haqqında qərar verir;
  • Elmi kadrların hazırlanması və ixtisasının artırılması ilə əlaqədar məsələləri müzakirə edir, doktorantların dissertasiya mövzularını, planlarını və elmi rəhbərlərini təsdiq edir, hazır olan dissertasiya işlərinin ilkin müzakirəsini həyata  keçirir;
  • Dissertasiya və digər elmi-tədqiqat işlərini müzakirə edir və müvafiq rəy verir, elmi dərəcələr və adlar verilməsi, müvafiq dissertasiya şuralarının yaradılması üçün təkliflər hazırlayır və vəsatət  qaldırır.
 
 
 
© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.