ÖLKƏNİN ELEKTROTEXNİKA SƏNAYESİNİN İQTİSADİ TƏLƏBATIN ÖDƏNİLMƏSİNƏ TƏSİRLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Telman Imanov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-96

Xülasə

Dünya iqtisadiyyatının yeni inkişaf xüsusiyyətləri bazar iştirakçılarının fəaliyyət strategiyasına və 
rəhbərlərin idarəetmə mexanizminə, düşüncə tərzinə təsir göstərir. İqtisadiyyatın müasir inkişaf mərhələsində innovativliyə meyl hər bir dövlətin iqtisadi inkişafında prioritet vektora çevrilmişdir. 
Bu da ilk növbədə öz əksini aparılan elmi tədqiqatlarda və təsərrüfat subyektlərinin praktiki 
fəaliyyətində tapır. 
Sənayeləşmə siyasətinin həyata keçirildiyi müasir iqtisadi şəraitdə malik olduğu potensial 
imkanlar baxımından maşınqayırma sənayesinin ən yeni sahəsi, milli iqtisadiyyatın bütün 
sahələrində geniş istifadə olunan məhz elektrotexnika sənaye sahəsi hesab olunur. 
Ölkəmizin iqtisadi həyatında mühüm rol oynayan elektrotexnika sənayesinin kəskinləşən rəqabət 
mühitində spesifik xüsusiyyətləri, iqtisadi tələbatın ödənilməsinə təsirlərin qiymətləndirilməsi yerinə yetirilən tədqiqatın aktuallığını müəyyənləşdirmişdir. 

Yayımlanıb

2026-06-25

Necə istinad edilir

ÖLKƏNİN ELEKTROTEXNİKA SƏNAYESİNİN İQTİSADİ TƏLƏBATIN ÖDƏNİLMƏSİNƏ TƏSİRLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(2). https://doi.org/10.71447/2413-7235-2026-1-96