BANK SEKTORUNUN DAYANIQLILIĞININ MAHİYYƏTİ VƏ ONA TƏSİR GÖSTƏRƏN FAKTORLAR

Müəlliflər

  • Zamiq Aslanov Müəllif

DOI

https://doi.org/10.71447/avdcnc64

Xülasə

Bu məqalədə bank sektorunun dayanıqlılığının mahiyyəti və ona təsir göstərən faktorlar tədqiq edilmişdir. Bank sektoru ölkə iqtisadiyyatının əsas dayaqlarından və ən mühüm həlqələrindən biridir. Müəllifə görə onun dayanıqlılığı makroiqtisadi sabitlik, maliyyə bazarlarının etibarlılığı və ümumilikdə investisiya mühiti üçün həyati əhəmiyyət daşıyır. Məqalədə bank sektorunun 
dayanıqlılığının qorunması üçün həm daxili, həm də xarici risk amillərinə qarşı effektiv yanaşmaların 
tətbiqinin vacibliyi vurğulanır. Məqalədə bank sektorunun dayanıqlılığına təsir göstərən həm daxili, həm də xarici faktorlar təhlil edilir, eləcə də bank sektorunda dayanıqlılığın təmin olunması üçün 
bankların həyata keçirməli olduğu tədbirlər göstərilir. Belə bir mövqe ifadə olunur ki, bank sektorunda dayanıqlılığın təmin olunması üçün banklar rəqəmsallaşma tendensiyalarına uyğun biznes modelləri formalaşdırmalı, idarəetmə və risk-menecment mexanizmlərini təkmilləşdirməli, kapital dayanıqlığını gücləndirməli, kredit portfellərini diversifikasiya etməli, müştəri etimadını artırmalı və innovativ bank məhsullarının tətbiqini sürətləndirməlidirlər. Qüvvədə olan qanunvericilikdə 
bankların etibarlı fəaliyyət göstərə bilmələri üçün müəyyən edilmiş tələblər vurğulanır. Həmçinin məqalədə bankların maliyyə dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən metodologiya və 
göstəricilərə (bank kapitalı, bank aktivləri, bank gəlirləri, likvidlik, rentabellik, bank öhdəlikləri, bank 
idarəetməsi (menecment) və s.) dair məsələlər təhlil edilir. Bankların ictimai təşkilat olduğu və bank 
fəaliyyətinin ictimai xarakter daşıdığı əsas götürülərək, bank sisteminin dayanıqlılğı həm də bankların 
fəaliyyətinin ictimai tələbatlara uyğunluq meyarı ilə əlaqələndirilir. Yekunda məqalə çərçivəsində 
qeyd edilən bütün fikirlər və aparılan araşdırma və təhlillər ümumiləşdirilərək müəyyən mülahizələr 
irəli sürülür.

Yayımlanıb

2026-06-25

Necə istinad edilir

BANK SEKTORUNUN DAYANIQLILIĞININ MAHİYYƏTİ VƏ ONA TƏSİR GÖSTƏRƏN FAKTORLAR. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(2). https://doi.org/10.71447/avdcnc64

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri