1924-2024-CÜ İLLƏRDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ƏHALİNİN SAYININ DƏYİŞİLMƏSİ DİNAMİKASI
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-98Xülasə
Müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası öz inkişafında zəngin bir tarixi yol keçmişdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın
özünəməxsus demoqrafik inkişaf xüsusiyyətlərinə malik olan regionlarından biridir. Məqalədə100
ildən artıq tarixi bir dövr ərzində Naxçıvan Muxtar Respublikasında əhalinin sayında və strukturunda baş verən dəyişikliklər, sosial-iqtisadi, ictimai-siyasi proseslərin demoqrafik inkişafa təsiri geniş
şəkildə təhlil edilmişdir. 1924-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında baş verən dəyişikliklər, sosial-iqtisadi, ictimai-siyasi hadisələr əhalinin dinamikası və quruluşunun dəyişilməsi meylləri və bütövlükdə muxtar respublika əhalisinə dair 100 ildən artıq tarixi bir dövrü əhatə edən məlumatlar tədqiqat işində öz əksini tapmışdır. Həmçinin məqalədə şəhər və kənd əhalisinə və əhalinin cins tərkibinə dair göstərici-lər təhlil edilmiş və onların sayında baş verən dəyişikliklər
araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar
Respublikasında əhalinin sayında müsbət dəyişikliklər baş vermiş və əhalinin sayı artmağa doğru
meyl etmişdir. Xüsusilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin dinamikasına müsbət təsir göstər-mişdir.
Məqalədə həmçinin Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, inzibati ərazi bölgüsü, əhalinin sıxlığı, milli tərkibi və orta ömür müddəti ilə bağlı məlumatlar öz əksini tapmışdır. Ümumilikdə, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, müxtəlif tarixi mərhələlərdə baş verən çətinliklərə baxmayaraq, Müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasında əhalinin sayında ümumilikdə müsbət artım meylləri
müşahidə olun-muşdur.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.