SÜNİ İNTELLEKT VƏ BİLİKLƏRİN İDARƏ OLUNMASI: AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI ÜÇÜN HÜQUQİ VƏ İNSTİTUSİONAL PERSPEKTİVLƏR
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-51Açar sözlər
süni intellekt, biliklərin idarə olunması, iqtisadi təhlükəsizlik, idarəetmə, rəqəmsallaşma, iqtisadi inkişaf.Xülasə
Məqalə süni intellektin (Sİ) biliklərin idarə olunması (BİO) proseslərindəki rolunun və onun Azərbaycanın
iqtisadi inkişafı üçün hüquqi-institusional əhəmiyyətinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatda
generativ Sİ-nin, xüsusilə böyük dil modellərinin (BDM), biliklərin yaradılması, saxlanması və tətbiqi
sahəsində təsirləri təhlil edilir. Qeyd olunur ki, bu texnologiyalar yalnız məlumatların emalını
sürətləndirmir, həm də dövlət idarəçiliyi və biznesdə biliklərin formalaşdırılması və istifadəsinə yeni
yanaşmalar gətirir. Milli kontekstdə formalaşan hüquqi və institusional baza rəqəmsal transformasiya və
Sİ-nin səmərəli tətbiqi üçün əsas şərtlər yaradır. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycanda
Sİ-yə əsaslanan biliklərin idarə olunması ilk dəfə kompleks şəkildə təhlil edilmişdir və onun iqtisadi müstəqillik və təhlükəsizlik baxımından rolu xüsusi vurğulanır. Əsas çağırışlar – alqoritmik qərəz, kiber əhlükəsizlik riskləri, xarici texnologiyalardan asılılıq və kadr çatışmazlığı araşdırılır. Onların azaldılması üçün milli dil modellərinin və məlumat mərkəzlərinin yaradılması, təhsil proqramlarının
tətbiqi və etik Sİ standartlarının formalaşdırılması təklif olunur. Məqalənin praktik əhəmiyyəti dövlət qurumları və biznes üçün milli bilik bazasının yaradılması, dövlət xidmətlərinin keyfiyyətinin artırılması
və biznes proseslərinin sürətləndirilməsi üzrə tövsiyələrin işlənib hazırlanmasında əks olunur. Əlavə olaraq, bilik mühəndisliyi və Sİ auditində ixtisaslı mütəxəssislərin hazırlanmasının uzunmüddətli
davamlılığın əsas şərti olduğu vurğulanır. Gələcəkdə Sİ və BİO-nun inteqrasiyası Azərbaycanın
iqtisadiyyatının şaxələndirilməsi, texnoloji suverenliyin möhkəmləndirilməsi və beynəlxalq rəqabət
qabiliyyətinin artırılması üçün strateji amil kimi qiymətləndirilir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.