AQRAR-ƏRZAQ BAZARININ İNKİŞAFININ SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ

Müəlliflər

  • Xayyam Cavadzadeh Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-56

Açar sözlər

Aqrar-ərzaq bazarı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, dövlət siyasətk, sosial-iqtisadi inkişaf, logistika və emal, beynəlxalq təcrübə, kooperativ model, rəqabət qabiliyyəti, innovativ mexanizmlər

Xülasə

Məqalədə aqrar-ərzaq bazarının inkişafının sosial-iqtisadi əhəmiyyəti, onun ərzaq təhlükəsizliyi, 
regional inkişaf, məşğulluq və sosial sabitliklə qarşılıqlı əlaqəsi elmi-nəzəri baxımdan təhlil olunur. 
Araşdırmada göstərilir ki, aqrar sahədə baş verən struktur dəyişiklikləri və dövlətin tənzimləyici 
siyasəti bazarın dayanıqlılığının təmin edilməsində əsas rol oynayır. Müəllif tərəfindən aparılan 
təhlillər nəticəsində müəyyən olunur ki, Azərbaycanın aqrar-ərzaq bazarında institusional və struktur 
məhdudiyyətlər hələ də qalmaqdadır: aqrar kooperativlərin zəif inkişafı, emal sənayesinin qeyri
bərabər yerləşməsi, logistika infrastrukturunun natamamlığı və dövlət dəstəyi mexanizmlərinin 
ünvanlılıq problemləri səmərəliliyi məhdudlaşdırır. Beynəlxalq təcrübənin müqayisəli təhlili göstərir 
ki, inkişaf etmiş ölkələrdə aqrar bazarların rəqabətqabiliyyətliliyi kooperativ modellərin gücü, 
innovativ emal texnologiyaları, rəqəmsal idarəetmə sistemləri və dövlət-özəl tərəfdaşlığının 
institusional əsasları ilə təmin olunur. Məqalədə qeyd olunur ki, Azərbaycanın aqrar-ərzaq bazarının 
davamlı inkişafı üçün istehsal-emal-logistika zəncirinin inteqrasiyası, rəqəmsallaşma proseslərinin 
genişləndirilməsi, yerli brendlərin təşviqi və ixrac yönümlü istehsalın stimullaşdırılması zəruridir. 
Bununla yanaşı, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılması, eləcə də müasir marketinq və 
ticarət strategiyalarının tətbiqi rəqabət qabiliyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Dövlət 
tərəfindən subsidiyalaşdırma və investisiya təşviqlərinin hədəflənmiş və şəffaf şəkildə həyata 
keçirilməsi səmərəliliyi artırır. Regional bazarların inkişafı üçün yerli məhsul istehsalının təşviqi və 
logistika infrastrukturunun təkmilləşdirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, aqrar elmi
tədqiqat institutlarının və innovasiya mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi texnologiya transferi 
və məhsuldarlığın yüksəldilməsinə xidmət edir. Nəticə olaraq vurğulanır ki, aqrar-ərzaq bazarının 
modernləşdirilməsi yalnız iqtisadi səmərəliliyi deyil, həm də sosial rifahı, ərzaq təhlükəsizliyini və 
regional balanslı inkişafı təmin edən strateji istiqamətdir. Beləliklə, aqrar-ərzaq bazarının kompleks və 
davamlı inkişafı həm iqtisadi, həm də sosial göstəricilərin artmasına birbaşa töhfə verir.

Əlavə fayllar

Yayımlanıb

2025-11-19

Necə istinad edilir

AQRAR-ƏRZAQ BAZARININ İNKİŞAFININ SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 351-360. https://doi.org/10.71447/2413-7235-2025-1-56