Azərbaycan Respublikasında Gömrük Orqanları Tərəfindən Dövlət Büdcəsinə Təmin Edilən Gəlirlərə Təsir Edən Amillərin Ekonometrik Qiymətləndirilməsi (2012 – 2022) Authors Cəlal ABASOV Author DOI: https://doi.org/10.71447/st4gyr78 Keywords: gömrük üzrə büdcə daxilolmaları, ÜDM, ƏDV Abstract ECONOMETRIC EVALUATION OF FACTORS INFLUENCING REVENUES TO STATE BUDGET BY THE CUSTOM AGENCIES OF THE REPUBLIC OF AZERBAIJAN (2012-2022) Due to the increase of transparency in the field of customs, the creation of favorable conditions forforeign trade participants and the expanding economic potential of Azerbaijan, an increase in budget revenues has been observed in the last decade. Determining how the budget receipts for customs, which have a large share in the revenues of the state budget of the Republic of Azerbaijan, will change due to which factors will lead to the emergence of initial ideas about reforms in this direction that will be implemented in the future. This article examines how changes in factors affecting customs budget revenues will affect this indicator. These variables areaverage tariff rate, Value-added Tax (VAT) rate and excise tax rate, total rate of customs collections, Gross Domestic Product (GDP) and import volume. The regression equation was established using the statistical bulletins published by the relevant state bodies in the Republic of Azerbaijan with the econometric research method selected within the main purpose and research method of this article. It was determined that the constructed regression equation was statistically significant.As a result, it was determined that there is a strong positive relationship between general tariff rates for customs payments and budget revenues for customs. A weak and negative dependence is observed between GDP and the annual income provided by the customs authorities to the state budget. It was determined that the income provided to the state budget by the customs authorities, which has a weak but positive dependence, is dependent on the country's import volume. Gömrük sahəsi üzrə şəffaflığın artırılması, xarici ticarət iştirakçılarına münasibətdə əlverişli şəraitin yaradılması və Azərbaycanın genişlənməkdə olan iqtisadi potensialı sayəsində son onillikdə büdcə daxilolmalarında artım müşahidə edilir. Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərində geniş paya sahib olan gömrük üzrə büdcə daxilolmalarının hansı amillər hesabına necə dəyişəcəyini müəyyənləşdirmək gələcəkdə həyata keçiriləcək bu istiqamətdə olan islahatlarla bağlı ilkin fikirlərin yaranmasına səbəb olacaq. Bu məqalədə gömrük üzrə büdcə daxilolmalarına təsir edən amillərin dəyişməsinin bu göstəriciyə necə təsir edəcəyi araşdırılır. Bu dəyişənlər isə orta tarif dərəcəsi, əlavə dəyər vergisi (ƏDV) dərəcəsi və aksiz vergisi dərəcəsinin cəminin göstəricisi olan gömrük yığımlarının ümumi dərəcəsi, ümumi daxili məhsul (ÜDM) və idxalın həcmidir.Bu məqalənin əsas məqsədi və araşdırma metodu çərçivəsində seçilmiş ekonometrik araşdırma metodu ilə Azərbaycan Respublikasında müvafiq dövlət orqanları tərəfindən dərc edilən statistik bülletenlərdən istifadə etməklə reqressiya tənliyi qurulmuşdur. Qurulmuş reqressiya tənliyinin statistik əhəmiyyətli olması müəyyənləşdirilmişdir.Nəticə olaraq müəyyən edildi ki, gömrük ödənişləri üzrə ümumi tarif dərəcələri ilə gömrük üzrə büdcə gəlirləri arasında güclü müsbət əlaqə vardır. ÜDM ilə gömrük orqanlarının dövlət büdcəsinə təmin etdiyi illik gəlirlər arasında zəif və mənfi asılılıq müşahidə edilir. Zəif, lakin müsbət asılılığa sahib olan, ölkənin idxal həcmi ilə gömrük orqanları tərəfindən dövlət büdcəsinə təmin edilən gəlirlər arasında asılılıq olduğu müəyyən edilmişdir. Downloads PDF Published 2025-01-22 Issue Vol. 1 No. 1 (2023): Strateji iqtisadi düşüncə jurnalı (JSET) Section Articles License CC BY 4.0