MÜƏLLİF ÜÇÜN QAYDALAR
1. “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” Elmi Əsərlər Toplusuna iqtisad elmlərinə aid Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir.2. Məqalənin ümumi həcmi, qrafik materiallar, cədvəllər, düsturlar, ədəbiyyat siyahısı, xülasələr də daxil olmaqla 8 səhifədən az olmamalıdır.3. Məqalənin mətni Times New Roman-12 şrifti ilə 1 intervalla çap olunmalıdır. 4. Məqalədə UOT indeksi göstərilməlidir.5. Məqalədə müəllif(lər)in tam ad(lar)ı və elektron poçt ünvan(lar)ı, işlədiyi (işlədikləri) müəssisənin(müəssisələrin) ad(lar)ı və yer(lər)i göstərilməlidir.6. Məqalədə qrafik materiallar, cədvəllər, düsturlar mətnə uyğun yerlərdə yerləşdirilməli, ixtisar edilmiş sözlər birinci dəfə açıq yazılmalıdır.7. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsivə s. aydın şəkildə verilməlidir.8. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır (məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalıdır). Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.9. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır, biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təsdiq edilmiş «Dissertasiyanın tərtibi qaydası»nın «İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsviri və nümunələr» bölməsinin tələbləri əsas götürülməlidir.10. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.11. Məqalənin hər üç dildə xülasəsi və açar sözləri verilməlidir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri və açar sözlər bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır, müəllif(lər)in gəldiyi elmi nəticələri, işin elmi yeniliyini, tətbiqi əhəmiyyətini və s. əks etdirməlidir. Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam ad(lar)ı göstərilməlidir.Beş açar sözü verilməlidir.12. Məqalə Müəllif anketi ilə birlikdə təqdim edilməlidir.
Bu jurnal saytındakı adlar və email adresləri bu jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcəkdir. Başqa məqsədlər və ya başqa bölümlər üçün istifadə edilməyəcəkdir.