TURİZM ƏSASLI İQTİSADİ DİVERSİFİKASİYA PERSPEKTİVLƏRİ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ TURİZM POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-63Xülasə
Məqalədə turizm sektorunun iqtisadi diversifikasiya aləti kimi rolu araşdırılmış və Qarabağ və Şərqi Zəngəzur regionlarının turizm potensialı bu kontekstdə qiymətləndirilmişdir. Tədqiqatın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf imkanlarını müəyyən etmək və bu sektorun regionun iqtisadi fəaliyyətinin şaxələndirilməsində rolunu təhlil etməkdən ibarətdir. Tədqiqat çərçivəsində turizmin iqtisadi inkişaf və diversifikasiya baxımından nəzəri əsasları və beynəlxalq təcrübə araşdırılmış, Azərbaycanın turizm sektorunun mövcud vəziyyəti təhlil edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur regionları zəngin təbii landşaft, mineral su ehtiyatları, dağlıq relyef və tarixi-mədəni irs kimi turizm resursları baxımından əhəmiyyətli potensiala malikdir. Bununla yanaşı, turizm infrastrukturunun formalaşma mərhələsində olması, investisiya imkanlarının məhdudluğu və regionun beynəlxalq turizm bazarında tanıtımının yetərli səviyyədə olmaması turizm sektorunun inkişafına təsir edən əsas məhdudiyyətlər kimi müəyyən edilmişdir. Məqalədə regionda turizm sektorunun inkişafı və iqtisadi diversifikasiyanın təmin olunması məqsədilə turizm infrastrukturunun inkişaf etdirilməsi, dağ və qış turizminin genişləndirilməsi, sağlamlıq turizminin inkişafı, regional turizm marşrutlarının formalaşdırılması, turizm investisiyalarının təşviqi, kadr islahatları və beynəlxalq turizm marketinqinin gücləndirilməsi istiqamətləri təklif edilmişdir. Aparılmış təhlil göstərir ki, turizmin məqsədyönlü şəkildə inkişaf etdirilməsi Qarabağ və Şərqi Zəngəzur regionlarının sosial-iqtisadi inkişafına və regionun iqtisadi fəaliyyətinin inkişafına mühüm töhfə verə bilər.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.