ELEKTROTEXNİKA SƏNAYE SAHƏSİNDƏ MÜASİR TEXNOLOJİ TRENDLƏR

Müəlliflər

  • PhD. Turana Ahmadova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-68

Xülasə

Müasir dövrdə süni intellekt (Sİ) və Əşyaların İnterneti (İoT) elektrotexnika sənayesində texnoloji transformasiyanın əsas amilləri hesab olunur. İnsan yaradıcılığı nəticəsində formalaşan artefaktlar olmaqla süni intellekt insan intellekti ilə əlaqəli tapşırıqları yerinə yetirən hesablama sistemlərini əhatə edir. İoT isə müxtəlif sahələrdə, o cümlədən sənaye istehsalı, ağıllı şəhərlər, e-hökumət və səhiyyədə tətbiq olunaraq rəqabət üstünlüyünü təmin edir.
Kontekstə uyğun həssaslıq, avtonom hesablama və şəbəkə bağlantısı kimi əsas xüsusiyyətlərə malik ağıllı cihazlar və ağıllı istehsal sistemləri Sənaye 4.0-ın əsas komponentlərini təşkil etməklə məlumatları toplayır, emal edir və idarə edir. Sİ ilə inteqrasiya olunmuş sistemlər rəqəmsal əkizlər, generativ dizayn və proqnozlaşdırıcı texniki xidmət vasitəsilə istehsalı optimallaşdırır, məhsuldarlığı artırır, xərcləri azaldır və keyfiyyəti yüksəldir. Sənaye və fərdi istifadəçilər üçün mühüm əhəmiyyətə malik “yaşıl” texnologiyalar - bulud hesablama, virtualizasiya və bərpa olunan enerji mənbələri enerji istehlakını və karbon emissiyasını azaldır, bu tendensiyalar ölkəmizin rəqəmsal transformasiyası və dayanıqlı iqtisadi inkişafını gücləndirir, ölkəni regionda texnoloji inkişaf baxımından liderə çevirir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

ELEKTROTEXNİKA SƏNAYE SAHƏSİNDƏ MÜASİR TEXNOLOJİ TRENDLƏR. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-68