MİLLİ İQTİSADİYYATIN DAYANIQLI İNKİŞAFINDA YENİ NƏSİL SƏNAYE SİYASƏTİNİN KLASTER YANAŞMASI İLƏ FORMALAŞMASI VƏ REALLAŞMASI: AZƏRBAYCAN TƏCRÜBƏSİ

Müəlliflər

  • PhD. Murad Z. Hacıyev Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-69

Xülasə

Bu məqalədə Azərbaycan sənaye sektorunun mövcud struktur xüsusiyyətləri və klaster əsaslı inkişaf potensialı təhlil edilmişdir. Tədqiqat göstərir ki, ölkənin sənayesi hələ də əsasən xammal yönümlü model üzrə formalaşsa da, qeyri-neft sahələrində klaster yanaşma üçün əhəmiyyətli imkanlar mövcuddur. Aparılan qiymətləndirmələr – Rəqabət Qabiliyyəti İndeksi (RQİ) və Klaster Potensialı İndeksi (KPİ) – neft-kimya, informasiya texnologiyaları və yaşıl enerji sektorlarının yüksək rəqabət qabiliyyətinə və klasterləşmə perspektivinə malik olduğunu göstərir, aqrosənaye isə infrastruktur və texnologiya məhdudiyyətlərinə baxmayaraq orta potensial nümayiş etdirir. Yüngül sənaye isə dizayn, brendinq və texnoloji modernizasiya çatışmazlığı səbəbindən nisbi gerilik göstərir. Tədqiqat həmçinin göstərir ki, klaster yanaşması innovativ inkişaf üçün sistemli katalizator rolunu oynayır. Müəssisələr arasında əməkdaşlıq texnologiya transferini sürətləndirir, R&D və istehsal əlaqələrini gücləndirir və əlavə dəyərin yaranmasını təmin edir. Regional aspektdə isə Bakı–Sumqayıt neft-kimya və yüksək texnologiyalar, Gəncə–Daşkəsən ağır sənaye, Qarabağ və Şərqi Zəngəzur isə aqrosənaye və yaşıl enerji klasterləri üçün strateji əhəmiyyət daşıyır. Bu struktur regional iqtisadi fəallığın balanslaşdırılmasına, məşğulluğun artmasına və sosial-iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə töhfə verir. Nəticələr göstərir ki, klaster yanaşmanın sistemli tətbiqi yeni nəsil sənaye siyasətinin uğuru üçün həlledici rol oynayır: qeyri-neft ixracının diversifikasiyası, innovasiya mühitinin dərinləşdirilməsi, yüksək əlavə dəyərli məhsulların istehsalının artırılması və ölkənin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsi təmin edilir. Məqalədə dövlət siyasəti üçün klaster strategiyasının hazırlanması, prioritet sektorlar üzrə pilot layihələrin təşkili, innovasiya təşviqlərinin genişləndirilməsi və insan kapitalının inkişafı üzrə tövsiyələr irəli sürülmüşdür.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

MİLLİ İQTİSADİYYATIN DAYANIQLI İNKİŞAFINDA YENİ NƏSİL SƏNAYE SİYASƏTİNİN KLASTER YANAŞMASI İLƏ FORMALAŞMASI VƏ REALLAŞMASI: AZƏRBAYCAN TƏCRÜBƏSİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-69