AZƏRBAYCANIN NƏQLİYYAT DƏHLİZLƏRİNDƏ YÜK DAŞIMALARI STRUKTURUNUN EKONOMETRİK TƏHLİLİ VƏ PERSPEKTİVLƏRİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-70Xülasə
Nəqliyyat dəhlizləri müasir iqtisadiyyatın ən vacib elementlərindən biri kimi ölkələr arasında ticarət axınlarının, logistika əlaqələrinin və tranzit imkanlarının formalaşmasında əsas rol oynayır. Xüsusilə coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycan Respublikası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək regionlararası yük daşımalarında strateji əhəmiyyət kəsb edir. Ümumilikdə isə, müasir dünyada nəqliyyat-tranzit-logistika imkanlarına malik olmaq əsas üstünlüklərdən hesab edilir. Əslində dünya dövlətləri arasında əlverişli nəqliyyat-tranzit imkanlarına malik olmaq uğrunda bir iqtisadi mübarizə də gedir. Ona görə ki, sürətli inteqrasiya və qloballaşma prosesləri ilə xarakterizə olunan XXI əsrdə xarici bazarlara çıxış, qlobal məkanda cərəyan edən proseslərdə fəal iştirak, rəqabətqabiliyyətli milli istehsalın formalaşdırılması, lazımi bazarlara çevik çıxış və s. kimi məsələlər müasir milli dövlətlərin dayanıqlı inkişafının zəruri şərtinə çevrilib. Bütün bunlar isə nəqliyyat əlaqələri olmadan mümkün deyil. Ölkəmizin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhatəsində yerləşməsi müəyyən üstünlüklər yaradır. Tədqiqatın məqsədi Azərbaycan Respublikasında nəqliyyat dəhlizləri üzrə yük daşımalarının 2023-2025-ci illər üzrə dəyişməsini ekonometrik yanaşma əsasında təhlil etmək, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərindən daha səmərəli istifadə istiqamətində araşdırmalar aparmaqdır. Bu məqsədlə loqarifmik xətti panel data modeli tətbiq edilmişdir ki, bu da həm zaman üzrə dəyişik-liklərini, həm də dəhlizlər arasındakı struktur fərqlərini eyni vaxtda qiymətləndirməyə imkan vermişdir. Bütün bunların əsasında isə nəqliyyat-tranzit imkanlarından daha səmərəli istifadə, beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə Orta dəhliz ilə daşınmaların daha çevik təşkili istiqamə-tində təklif və tövsiyələr işlənib hazırlanmışdır.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.