İNNOVATİV VƏ STRATEJİ LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİNİN FORMALAŞMASI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN REALLIĞI

Müəlliflər

  • Sema S. Sardarova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-71

Xülasə

Müasir qloballaşma şəraitində innovativ və strateji önəmli layihələrin effektiv idarə olunması iqtisadi inkişaf və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Bu məqalədə innovativ və strateji layihələrin idarə edilməsi sisteminin formalaşması məsələsi beynəlxalq təcrübə və Azərbaycan reallığı nümunəsində müqayisəli təhlil edilmişdir. Tədqiqat sürəcində elmi ədəbiyyat araşdırması, statistik göstəricilərin analizi və empirik nəticələrin müqayisəsi metodlarından istifadə olunmuşdur. Beynəlxalq nümunələr göstərir ki, mütərəqqi layihə idarəetmə sistemi (o cümlədən portfel idarəetməsi və PMO) strateji məqsədlərin həyata keçirilməsinə təkan verir. Bu cür idarəetmə modelləri yalnız texniki effektivliyi deyil, həm də uzunmüddətli davamlılıq və innovasiya mədəniyyətinin formalaşmasını təmin edir. Azərbaycan şəraitində aparılan təhlil bu sahədə kadr potensialının və institusional çərçivənin müəyyən irəliləyiş göstərsə də, beynəlxalq standartların tətbiqində və innovativ yönətimin tam həyata keçirilməsində boşluqların olduğunu aşkara çıxarır. Mövcud vəziyyətə baxdıqda, yerli layihə idarəetməsi sisteminin beynəlxalq təcrübə ilə uyğunlaşdırılması və normativ bazanın gücləndirilməsi də diqqətəlayiq məsələlərdəndir. Nəticələr göstərir ki, Azərbaycanda innovativ və strateji layihə idarəetmə sisteminin formalaşması üçün insan kapitalının inkişafı, rəqəmsal alətlərin tətbiqi və qlobal çərçivələrlə inteqrasiya istiqamətində addımlar vacibdir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

İNNOVATİV VƏ STRATEJİ LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİNİN FORMALAŞMASI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN REALLIĞI. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-71