YERLİ VƏ BEYNƏLXALQ BİZNESLƏRDƏ İNVESTİSİYALARIN GENİŞLƏNDİRİLMƏSİNDƏ LAYİHƏLƏRİN İDARƏEDİLMƏSİNİN ROLU
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-73Xülasə
Məqalənin məqsədi beynəlxalq bizneslərdə olan investisiyaların artırılmasında layihələrin və onun idarəedilməsinin rolunu elmi-nəzəri və praktiki cəhətdən təhlil etmək olmuşdur. Qeyd edə bilərik ki, bizneslər sürətlə qloballaşan beynəlxalq iqtisadi mühitdə yerli və q investisiya cəlb etmək baxımından getdikcə daha yüksək rəqabətlə üzləşirlər. Müəssisənin strateji inkişafını, yüksək innovasiyasını və davamlı rəqabət qabiliyyətini dəstəkləmək məqsədilə ən mühüm amillərdən biri də onun yerli və xarici investisiya cəlb etmək və onu maksimum səmərə ilə istifadə etmək qabiliyyəti hesab edilir. Bu məqalə layihə idarəetməsinin həm yerli, həm də beynəlxalq səviyyədə bizneslərin uzunmüddətli mənfəətliliyini necə təmin etdiyini və investisiya cəlb etmə prosesini necə asanlaşdırdığını daha dərindən araşdırır. Müasir dövrdə bizneslərin dayanıqlı və davamlı inkişafını təmin edən əsas amillərdən biri də məhz investisiya yönümlü layihə idarəetməsinin məqsədyönlü, planlı şəkildə təşkil olunmasıdır. Tədqiqatlar göstərir ki, yerli bizneslər layihə idarəetməsinin böyük əhəmiyyətini dərk etdikləri və effektiv planlaşdırma hazırladıqları müddətdə daha yüksək səviyyədə investisiya cəlb edə bilərlər. Bu isə öz növbəsində uzunmüddətli davamlı inkişaf, rəqabətqabiliyyətli innovativ yanaşmalar və müasir dünya iqtisadiyyatında rəqabət üstünlüyü ilə nəticələnir. İnvestisiya layihələrinin düzgün idarə edilməsi innovasiyaların tətbiqində və biznesin iqtisadi gücünün yüksəldilməsində mühüm rol oynayır. Ona görə də, hər bir şirkət üçün gələcək inkişaf mərhələsində layihələrin idarə edilməsində əsas diqqət məhz uzunmüddətli davamlı sosial-iqtisadi nəticələrin əldə olunmasına yönəldilməlidir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.