MƏRKƏZİ ASİYA VƏ QAFQAZ REGİONUNDA ENERJİ TRANSFORMASİYASI VƏ REGİONAL ƏMƏKDAŞLIQ İMKANLARININ ƏSAS İSTİQAMƏTLƏRİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-76Xülasə
Tədqiqatın əsas məqsədi - Mərkəzi Asiya və Qafqaz regionunda yaşıl enerji keçidinin imkanlarını, çağırışlarını və regional əməkdaşlıq potensialını təhlil etmək, xüsusilə "Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin strateji əhəmiyyətini qiymətləndirməkdir.
Tədqiqatın metodikası - Tədqiqatda deskriptiv və analitik metodlardan istifadə olunmuş, beynəlxalq təşkilatların hesabatları, rəsmi statistik məlumatlar və strateji sənədlər əsasında müqayisəli təhlil aparılmışdır. Normativ və institusional çərçivələrin qiymətləndirilməsində keyfiyyət əsaslı yanaşma üstünlük təşkil etmişdir.
Tədqiqatın nəticələri - Region ölkələri arasında enerji sahəsində səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılması, bərpa olunan enerji potensialının reallaşdırılması və enerji infrastrukturunun beynəlxalq standartlara uyğun modernizasiyası enerji keçidini sürətləndirə bilər. “Yaşıl Enerji Dəhlizi” bu baxımdan strateji platforma kimi qiymətləndirilir.
Tədqiqatın məhdudiyyəti - Region ölkələri arasında siyasi-iqtisadi asimmetriya, texnoloji qeyri-bərabərlik, institusional uyğunsuzluq və maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu inteqrasiyanı çətinləşdirən əsas amillərdir.
Tədqiqatın orijinallığı - Tədqiqat, enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri kontekstində regional enerji əməkdaşlığını vahid yanaşma çərçivəsində analiz etməklə kompleks yanaşma təqdim edir.
Tədqiqatın elmi yeniliyi - Məqalədə yaşıl enerji dəhlizlərinin həm geoiqtisadi, həm də siyasi aspektlərinin birgə təhlili aparılmışdır.Bu yanaşma mövcud ədəbiyyatda az işlənmiş bir sahəyə töhfə verir.
Tədqiqatın praktiki əhəmiyyəti - Tədqiqat nəticələri Azərbaycan və region ölkələri üçün dayanıqlı enerji siyasətinin formalaşdırılması, strateji enerji layihələrinin planlaşdırılması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi üçün analitik əsas kimi istifadə oluna bilər.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.