YAŞIL TRANSFORMASİYA AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN YENİ MƏRHƏLƏSİ KİMİ

Müəlliflər

  • Umid K. Gurbanov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-77

Xülasə

Dünyada yaşıl transformasiya prosesi baş verir. Bu məqalədə isə Azərbaycanda yaşıl transformasiya prosesi təhlil olunur. Qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və davamlı inkişaf çağırışları fonunda Azərbaycan iqtisadiyyatının struktur yenilənməsi zərurətə çevrilmişdir. Ənənəvi olaraq fosil yanacaq resurslarına əsaslanan iqtisadi model tədricən şaxələnərək bərpa olunan enerji mənbələrinə yönəldilir. Ölkənin enerji sektorunda baş verən dəyişikliklər, bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri araşdırılır. Yaşıl transformasiya enerji sektorunda diversifikasiyanı gücləndirir, xarici investisiyaların cəlb edilməsinə səbəb olur, yeni məşğulluq imkanları yaradılır. Eyni zamanda neft-qaz sektorundan asılılığın azaldılması əmək bazarında dəyişikliklər kimi çağırışlar müəyyən edilir. Azərbaycanın regional və qlobal yaşıl enerji bazarlarında mövqeyinin gücləndirilməsi perspektivləri də xüsusi vurğulanır. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı və “yaşıl enerji dəhlizləri”nin formalaşdırılması təşəbbüsləri ölkənin enerji ixracatçısı kimi rolunu yeni keyfiyyət mərhələsinə çıxara bilər. Bu kontekstdə Azərbaycan yalnız xammal ixrac edən ölkə deyil, həm də təmiz enerji və texnologiya həlləri təqdim edən regional mərkəzə çevrilmək imkanına malikdir. Yaşıl transformasiya yalnız enerji sektorunda deyil, həm də sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində də genişmiqyaslı islahatları əhatə edir. Yeni innovasiyaların tətbiqi rəqəmsallaşma və resursların səmərəli istifadəsi ilə müşayiət olunur. Dövlət tərəfindən qəbul edilən strateji yol xəritələri, beynəlxalq əməkdaşlıqlar və xarici investisiyaların cəlbi yaşıl iqtisadiyyatın inkişafını sürətləndirən əsas amillər kimi təqdim olunur. Bununla yanaşı, keçid dövründə yarana biləcək risklər – maliyyə xərclərinin artması, texnoloji asılılıq və institusional uyğunlaşma problemləri də təhlil olunur. Effektiv institusional islahatlar, texnoloji yeniliklər, insan kapitalının inkişafı və maliyyə dəstəyinin mövcudluğu şəraitində yaşıl transformasiyanın uğurla həyata keçirilməsi aydın olur. Bu keçid prosesi Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafına töhfə verə bilər. Yaşıl transformasiya Azərbaycanda iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsini təşkil edir və ölkənin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından biri kimi çıxış edir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

YAŞIL TRANSFORMASİYA AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN YENİ MƏRHƏLƏSİ KİMİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-77