AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL TRANSFORMASİYANIN QARŞISINDAKI MANEƏLƏRİN HİBRİD DELPHİ–TOPSİS YANAŞMASI İLƏ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ PRİORİTETLƏŞDİRİLMƏSİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-80Xülasə
Tədqiqatın əsas məqsədi Azərbaycan iqtisadiyyatında rəqəmsal transformasiyanın qarşısında duran əsas maneələri identifikasiya etmək və onların nisbi əhəmiyyətini hibrid Delphi–TOPSIS yanaşması vasitəsilə qiymətləndirməkdir. Hibrid metodologiyanın tətbiqi həm ekspert rəylərinin konsensus əsasında formalaşdırılmasına, həm də çoxmeyarlı qərar qəbuletmə modeli çərçivəsində alternativlərin obyektiv şəkildə sıralanmasına imkan verir. Delphi metodu vasitəsilə müxtəlif sahələri təmsil edən 15 ekspertin iştirakı ilə iki mərhələli qiymətləndirmə prosesi həyata keçirilmiş, ilkin olaraq potensial maneələr müəyyənləşdirilmiş və daha sonra onların əhəmiyyət dərəcəsi üzrə razılaşdırılmış siyahı formalaşdırılmışdır. Tədqiqatın empirik bazasını 450 müəssisəni əhatə edən genişmiqyaslı sorğu təşkil edir. Bu müəssisələrin 200-ü iri və orta ölçülü, 250-si isə kiçik və orta biznes (KOB) subyektləridir. Sorğu nəticələri göstərir ki, rəqəmsal transformasiya prosesində ən çox rast gəlinən problemlər insan kapitalının yetərsizliyi, maliyyə resurslarının məhdudluğu, rəqəmsal infrastrukturun qeyri-bərabər inkişafı, dəyişikliklərə qarşı institusional müqavimət və kibertəhlükəsizlik riskləri ilə bağlıdır. Nəticələr göstərir ki, ən kritik maneələr ixtisaslı kadr çatışmazlığı (TOPSİS əmsalı: 0.78) və maliyyə resurslarının məhdudluğudur (0.75). Tədqiqat rəqəmsal siyasət formalaşdırıcıları üçün resursların optimal bölüşdürülməsi üzrə elmi əsaslandırılmış tövsiyələr təqdim edir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.