GƏLİR BƏRABƏRSİZLİYİNİN İDARƏ OLUNMASI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN MODELİ ÜÇÜN PERSPEKTİVLƏR

Müəlliflər

  • PhD. Farhad G. Mikayilov, Nigar M. Alasgarova, Habiba M. Jabbarova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-82

Xülasə

Gəlir bərabərsizliyi bütün dünyada dayanıqlı iqtisadi inkişaf və sosial ədalətin təmin olunması baxımından ciddi çağırış olaraq qalmaqdadır. İqtisadi artımın nəticələrinin cəmiyyətin müxtəlif təbəqələri arasında qeyri-bərabər bölüşdürülməsi sosial gərginliyin artmasına, yoxsulluğun dərinləşməsinə və inklüziv inkişafın məhdudlaşmasına səbəb olur. Bu baxımdan, gəlir bərabərsizliyinin azaldılması istiqamətində effektiv dövlət siyasətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqalədə gəlir bərabərsizliyi ilə mübarizə sahəsində uğurlu beynəlxalq təcrübə təhlil edilir və həmin təcrübələrin Azərbaycan şəraitində tətbiq imkanları araşdırılır.
Tədqiqatın nəticələri göstərir ki, bir çox ölkələrdə bərabərsizliyin azaldılması məqsədilə tətbiq olunan proqressiv vergi siyasətləri, sosial transfert mexanizmləri, təhsil və səhiyyə sahələrinə investisiyaların artırılması, eləcə də inklüziv əmək bazarı siyasətləri müsbət nəticələr verməkdədir. Azərbaycanda da son illərdə sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və hədəflənmiş sosial dəstək proqramlarının həyata keçirilməsi vasitəsilə aztəminatlı əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdur. Məqalədə beynəlxalq təcrübənin müqayisəli təhlili əsasında Azərbaycanın institusional və fiskal imkanları nəzərə alınmaqla gəlir bərabərsizliyinin azaldılmasına yönəlmiş mövcud siyasət alətləri sistemləşdirilir və bu istiqamətdə siyasət tövsiyələri irəli sürülür.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

GƏLİR BƏRABƏRSİZLİYİNİN İDARƏ OLUNMASI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN MODELİ ÜÇÜN PERSPEKTİVLƏR. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-82