AZƏRBAYCAN ƏHALİSİNİN YIĞIM POTENSİALININ İNVESTİSİYALARA ÇEVRİLMƏSİ: ÇAĞIRIŞLAR VƏ STRATEJİ YANAŞMALAR
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-84Xülasə
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, aşağı real faiz dərəcələri, uzunmüddətli maliyyə alətlərinin məhdudluğu, kapital bazarının yetərincə inkişaf etməməsi, maliyyə sektoruna etimadın zəifliyi və maliyyə savadlılığının aşağı səviyyəsi yığımın effektiv şəkildə investisiyaya yönəldilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bununla yanaşı, qeyri-müəyyənlik şəraitində riskdən yayınma meyilləri və likvid aktivlərə üstünlük verilməsi də yığımın passiv formada saxlanmasına səbəb olur. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, yığım–investisiya əlaqəsi yalnız makroiqtisadi çərçivədə deyil, həm də davranış iqtisadiyyatı və institusional etimad aspektlərində kompleks şəkildə təhlil olunur. Bu yanaşma yığım resurslarının iqtisadi dövriyyəyə niyə tam cəlb olunmadığını daha dərindən izah etməyə imkan verir və mövcud nəzəriyyələrin milli kontekstdə tətbiqinə yeni baxış təqdim edir. Tədqiqatın tətbiqi əhəmiyyəti kapital bazarlarının dərinləşdirilməsi, maliyyə vasitəçiliyinin gücləndirilməsi, rəqəmsal investisiya platformalarının genişləndirilməsi, alternativ investisiya alətlərinin inkişafı və maliyyə savadlılığının artırılması istiqamətində praktiki tövsiyələrin irəli sürülməsi ilə ifadə olunur. Nəticə etibarilə, əhalinin yığım potensialının investisiyalara effektiv transformasiyası ölkədə davamlı iqtisadi artımın təmin olunması, maliyyə sisteminin dayanıqlığının artırılması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün mühüm şərt kimi qiymətləndirilir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.