2022–2026-CI İLLƏRDƏ AZƏRBAYCANDA SOSİAL-İQTİSADİ İSLAHATLARIN XÜSUSİYYƏTLƏRİ, STATİSTİK GÖSTƏRİCİLƏR VƏ QARŞILAŞILAN PROBLEMLƏR

Müəlliflər

  • Asuda Z. Nuriyeva Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-87

Xülasə

Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası resurs asılı iqtisadiyyatdan dayanıqlı, rəqabətqabiliyyətli və diversifikasiya olunmuş modelə keçidi təmin etmək məqsədi daşıyır. Strategiya institusional islahatlar, vergi-gömrük mexanizmlərinin optimallaşdırılması, rəqəmsallaşma təşəbbüsləri, Böyük Qayıdış proqramı və özəl sektorun stimullaşdırılması kimi kompleks tədbirləri əhatə edir. 2025-ci ildə ÜDM 1,4 faiz artmış, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artım qeydə alınmışdır. 2026-cı ilin ilk rübündə qeyri-neft sektorunun artımı nisbətən yavaşlamış (0,2 faiz), lakin proqnozlar ilin sonuna qeyri-neft-qaz ÜDM-nin real 5,0 faizə yaxın artımını və ümumi ÜDM-in 134,1 milyard manata çatmasını göstərir. Tədqiqat Cobb-Douglas istehsal funksiyasının (Y = A·K^α·L^β) empirik tətbiqi əsasında qeyri-neft sektorunun potensial artımını qiymətləndirir. Nəticələr göstərir ki, rəqəmsallaşma və institusional dəyişikliklər ümumi faktor məhsuldarlığını (A) artırır, lakin əmək məhsuldarlığı (Y/L) bacarıq boşluqları və regional disparitetlər səbəbindən məhdud qalır. Elmi yenilik olaraq, iş 2025–2026-cı illərdə qeyri-neft artım tempinin nisbətən yavaşlamasını (orta hesabla 2,3–5,0 faiz) və neft gəlirlərinin azalması fonunda fiskal risklərin artmasını modellə əsaslandırır. Praktiki əhəmiyyət: inklüziv regional siyasətlər, insan kapitalının inkişafı və fiskal dayanıqlığın möhkəmləndirilməsi vasitəsilə post-neft iqtisadiyyatına keçidin sürətləndirilməsi üçün konkret tövsiyələr irəli sürülür.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

2022–2026-CI İLLƏRDƏ AZƏRBAYCANDA SOSİAL-İQTİSADİ İSLAHATLARIN XÜSUSİYYƏTLƏRİ, STATİSTİK GÖSTƏRİCİLƏR VƏ QARŞILAŞILAN PROBLEMLƏR. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-87