2014–2023-cü İLLƏRDƏ AZƏRBAYCANDA ƏMƏK BAZARI VƏ İQTİSADİ İSLAHATLARIN ROLU

Müəlliflər

  • Farid F. Mammadov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-89

Xülasə

Məqalədə 2014–2023-cü illəri əhatə edən dövrdə Azərbaycan Respublikasında həyata keçirilmiş on iki mühüm iqtisadi islahatın əmək bazarına kompleks təsiri sistemli şəkildə tədqiq edilmişdir. İslahatlar hüquqi-institusional çərçivə, aktiv məşğulluq proqramları və sosial müdafiə mexanizmləri olmaqla üç funksional qrupa ayrılmış; hər qrupun əmək bazarı göstəricilərinə — işsizliyin dinamikasına, əmək haqqı səviyyəsinə, muzdlu işçilərin sayına və qeyri-rəsmi məşğulluğun miqyasına — diferensial təsiri ətraflı araşdırılmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, işsizlik səviyyəsi 2020-ci ildəki 7,24%-dən 2024-cü ildə 5,31%-ə, yəni 1,94 faiz bəndi aşağı düşmüş; orta aylıq nominal əmək haqqı isə 2021-ci ildəki 732,1 manatdan 2024-cü ildə 1009,4 manata — 37,9% artmışdır. DOST Agentliyinin yaradılması sosial xidmətlərin inteqrasiyasını təmin etmiş, işsizlikdən sığorta sistemi isə işçilərin müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Eyni zamanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının yavaş getməsi, peşə təhsili sisteminin əmək bazarı tələbləri ilə ahəngdar hala gətirilməsi işinin tamamlanmaması və regional disproporsiyalar əsas çatışmazlıqlar kimi müəyyən edilmişdir. İşin elmi yeniliyi ondan ibarətdir ki, 12 islahаt sənədi vahid analitik çərçivədə qruplaşdırılmış, onların əmək bazarı göstəricilərinə təsiri üç müstəqil ölçü ilə — statistik dinamika, institusional dəyişiklik və beynəlxalq müqayisə — qiymətləndirilmişdir. Nəticələrin tətbiqi dövlət məşğulluq siyasətinin təkmilləşdirilməsində, peşə kadr hazırlığı sisteminin modernizasiyasında, habelə qeyri-rəsmi məşğulluğa qarşı strateji sənədlərin hazırlanmasında istifadə edilə bilər.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

2014–2023-cü İLLƏRDƏ AZƏRBAYCANDA ƏMƏK BAZARI VƏ İQTİSADİ İSLAHATLARIN ROLU. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-89