SƏNAYE PARKLARININ TƏŞVİQİNDƏ ÖZƏL SEKTORUN İMKANLARI

Müəlliflər

  • Narmina F. Ismayilova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-91

Xülasə

Qloballaşma və rəqabət şəraitləri iqtisadiyyatın fəallaşdırılmasının yeni imkanlarının axtarışına töhfə verir ki, bunun vasitələrindən biri də sənaye parklarının (SP) formalaşdırılmasıdır (Kohut et al., 2023). Buna görə də, öyrənmə obyekti SP, predmeti isə onun təşviq edilməsində özəl sektorun potensialıdır. Bu tədqiqat məqaləsinin məqsədi özəl SP-yə dair traktovkanı müəyyənləşdirmək, onun spesifik xüsusiyyətlərini müəyyən etmək, azərbaycan kontekstində perspektivli şəkildə qiymətləndirməkdir. Bu baxımdan, məqalənin vəzifələrinə xüsusiyyətləri, konseptual yanaşmaları, onların təşviqi alətləri, normativ-hüquqi dəstəyi və fəaliyyət problemlərinin öyrənilməsi, ölkədəki mövcud şəraitin təhlil edilməsi və təşviqin istiqamətlərinin irəli sürülməsi daxildir. Bu məqalənin elmi yeniliyi özəl SP-lərə xas olan spesifik meyarların müəllif qruplaşdırması və onların Azərbaycanda təşviqinin əsaslandırılmış perspektivli istiqamətlərinin təklifindən formalaşdırılmışdır. Metodologiya qruplaşdırma, məzmun-təhlil, SWOT-təhlil, ədəbiyyatın keyfiyyətli təhlili, ümumiləşdirməni daxil edir. Elmi nəticələr aşağıdakı yekunlarda təqdim olunur: - SP-nin formalaşdırılmasının özəl və qarışıq mexanizmlərin mövcudluğudur, hansının ki, vahid bəndi özəl idarəetmə qurumunun idarə olunması təşkil edir; - SP-də dövlət-özəl tərəfdaşlığın (DÖT) tətbiqi sxemləri əsasən infrastrukturun qurulması vasitəsi ilə həyata keçirilir; - beynəlxalq təcrübə özəl tərəfin idarəedici qurum olması ehtimalını inkar edir; - özəl SP-nin təşviqindəki çətinliklər əsasən idarəedici qurum və psevdoSP-nin formalaşması ilə əlaqədardır; - azərbaycan özəl SP-nin sahiblərinin saytları müəyyən spektrli məlumatlar təqdim edir; - azərbaycan özəl SP-nin DÖT vasitəsilə formalaşdırılması; - azərbaycan özəl SP-nin fəaliyyəti üçün tənzimləyici çərçivənin formalaşdırılmaması. Nəticələr ilə əlaqədar olaraq, özəl SP-nin fəaliyyətinin təşviq edilməsi üzrə tənzimləyici təkmilləşdirmələr, monitorinq və təşəbbüs fəaliyyətlərin istiqamətləri təklif edilmişdir. Tədqiqatın praktiki dəyəri SP-nin azərbaycan idarəetmə qurumları və özəl SP-nin gələcək rezidentləri simasında SP sferasında özəl seqmentin təşviqində maraqlı olan səlahiyyətli dövlət strukturlarının nümayəndələrini əhatə edir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

SƏNAYE PARKLARININ TƏŞVİQİNDƏ ÖZƏL SEKTORUN İMKANLARI. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-91