DƏYİŞİKLİK NƏZƏRİYYƏSİ METODU VƏ ONUN AQRAR SİYASƏTDƏ TƏTBİQİ

Müəlliflər

  • Faig J. Gasimli Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-59

Xülasə

Məqalədə müasir monitorinq və qiymətləndirmə sistemlərinin ən effektiv alətlərindən biri hesab olunan dəyişiklik nəzəriyyəsi (DN) metodunun mahiyyəti, konseptual əsasları və onun aqrar siyasətdə tətbiqi üzrə qlobal təcrübə tədqiq edilmişdir. Tədqiqatın aktuallığı aqrar sahədəki inkişaf çağırışlarının kompleks xarakter daşıması və ənənəvi xətti idarəetmə modellərinin bu mürəkkəbliyi tam əhatə edə bilməməsi ilə şərtlənir. Məqalədə DN-nin məntiqi çərçivə, nəticələr çərçivəsi və digər ənənəvi məntiq modellərindən konseptual fərqləri izah olunur. DN fəaliyyətlər ardıcıllığını deyil, dəyişikliyin necə və niyə baş verməsinə dair səbəb-nəticə əlaqələrini, fundamental fərziyyələri və riskləri şəffaflaşdıran strateji bir düşüncə tərzidir. Tədqiqat çərçivəsində DN həm bir düşüncə tərzi, həm davamlı təhlil prosesi, həm də “canlı” bir strateji məhsul kimi xarakterizə olunur. Məqalədə aqrar sahədə fəaliyyət göstərən əsas beynəlxalq təşkilatlar olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) bu metodu hansı spesifik məqsədlərlə istifadə etdiyi təhlil olunur. Müəyyən edilmişdir ki, bu qurumlar DN-dən bilik transferi, investisiya məntiqinin əsaslandırılması və böhranların idarə edilməsi aləti kimi səmərəli istifadə edirlər. Tədqiqatın əsas nəticəsi olaraq qeyd edilir ki, DN aqrar siyasəti statik bir prosesdən çıxararaq onu sübutlara əsaslanan, inklüziv və adaptiv bir idarəetmə mexanizminə çevirir. Bu metodun yerli idarəetmə strukturlarında, xüsusilə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə məşğul olan təşkilatların fəaliyyətində tətbiq edilməsi, sahə üzrə tərəqqiyə mane olan köklü səbəblərin sistemli təhlilinə və resursların daha səmərəli bölüşdürülməsinə birbaşa töhfə verə bilər. 

Yayımlanıb

2026-05-25

Necə istinad edilir

DƏYİŞİKLİK NƏZƏRİYYƏSİ METODU VƏ ONUN AQRAR SİYASƏTDƏ TƏTBİQİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-59