YAŞIL URBANİZASİYA VƏ POSTMÜNAQİŞƏ ƏRAZİLƏRİNDƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • Rasul Balayev Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-31

Açar sözlər

yaşıl urbanizasiya, post-münaqişə əraziləri, Qarabağ və Şərqi Zəngəzur, şəhərsalma, rəqəmsal, dövlət-özəl bölmə tərəfdaşlığı

Xülasə

Post-münaqişə ərazilərində məskunlaşan insanların iqtisadi fəallığı və həmin fəallığın dəstəklənməsi vəziyyəti burada yenidən tikilən şəhərlərin yaşıl urbanizasiya tələblərinə uyğunluğu ilə bilavasitə əlaqədardır. Məqalədə post-münaqişə ərazilərində həyata keçirilən şəhərsalmada yaşıl fəaliyyət tələblərini və yaşıl urbanizasiyanın inkişafı mühitini şərtləndirən amillərə münasibət bildirilmişdir. Böyük Qayıdış dövründə yaşıl urbanizm prinsiplərinin reallaşdırılması imkanları araşdırılmışdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşıl urbanizasiya prinsiplərinin reallaşdırılması xüsusiyyətləri aşkar edilmişdir. Post-münaqişə ərazilərində yaşıl urbanizasiyanın dəstəklənməsində dövlət-özəl bölmə tərəfdaşlığının və rəqəmsal mühitin imkanlarından istifadə istiqamətləri göstərilmişdir. Tədqiqatın məqsədi – post-münaqişə ərazisi kimi Qarabağda və Şərqi Zəngəzurda yaşıl urbanizmin üstünlüklərindən istifadə vəziyyətinin ilkin nəzəri-təcrübi səciyyələndirilməsidir. Tədqiqatın metodları: müşahidə, müqayisəli təhlil, abstraksiya, məntiqi ümumiləşdirmədir. Tədqiqatın elmi yeniliyi – Böyük Qayıdış dövründə post-münaqişə ərazisi kimi Qarabağda və Şərqi Zəngəzurda yaşıl məskunlaşma və yaşıl urbanizasiya xüsusiyyətlərinin aşkar edilməsi, yaşıl urbanizm imkanlarının qiymətləndirilməsidir. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-13

Necə istinad edilir

YAŞIL URBANİZASİYA VƏ POSTMÜNAQİŞƏ ƏRAZİLƏRİNDƏ ONUN XÜSUSİYYƏTLƏRİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 39-50. https://doi.org/10.71447/2413-7235-2025-1-31