DÖVLƏT DƏSTƏYİ VƏ ONUN İQTİSADİ ARTIMA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ: NƏZƏRİ METODOLOJİ ASPEKTLƏR
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-32Açar sözlər
investisiya təşviqi xərcləri, iqtisadi artım, sənaye zonaları, dövlət dəstəyi xərcləriXülasə
Məqalədə 2014-cü ildən etibarən Azərbaycan Respublikasında sənaye zonalarının yaradılması və inkişafı istiqamətində dövlətin həyata keçirdiyi investisiya təşviqi mexanizmləri və bu sahədə tətbiq edilən
stimullaşdırıcı siyasətin mahiyyəti, məqsədləri və nəticələri geniş şəkildə araşdırılmışdır. Tədqiqatda sənaye zonalarının iqtisadiyyatın şaxələndirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması və qeyri neft sektorunun dayanıqlı artımında oynadığı rol vurğulanır. Araşdırma nəticəsində sənaye zonalarına
göstərilən dövlət dəstəyinin mövcud formaları – vergi və gömrük güzəştləri, infrastruktur təminatı, maliyyə və institusional dəstək mexanizmləri – ümumiləşdirilmiş və sistemləşdirilərək təsnif edilmişdir. Dövlət
dəstəyi, dövlət dəstəyi xərcləri, investisiya təşviqi və investisiya təşviqi xərcləri anlayışları üzrə müxtəlif nəzəri-metodoloji yanaşmalar müqayisəli şəkildə təhlil olunmuş, bu anlayışların iqtisadi məzmunu, qarşılıqlı əlaqələri və təsir sahələri izah edilmişdir.
Məqalədə dövlət dəstəyinin iqtisadi artıma təsir mexanizmi konseptual və praktik baxımdan araşdırılmış,
bu təsirin birbaşa və dolayı kanalları – investisiya aktivliyinin artması, sənaye istehsalının genişlənməsi,
yeni iş yerlərinin yaradılması, texnoloji yenilənmə və məhsuldarlığın yüksəlməsi kimi istiqamətlərdə təhlil
edilmişdir. Dövlət dəstəyinin effektivliyinin qiymətləndirilməsi üçün elmi-metodoloji yanaşma irəli
sürülmüş, qiymətləndirmə meyarları və ölçülə bilən göstəricilər təklif olunmuşdur. Həmçinin empirik
qiymətləndirmə üçün tələb olunan məlumatların strukturu, əhatə dairəsi və əsas mənbələri – dövlət statistika orqanları, maliyyə hesabatları, sənaye zonalarının idarəedici qurumlarının məlumat bazaları
müəyyənləşdirilmişdir. Tədqiqatın nəticələri sənaye siyasətinin təkmilləşdirilməsi, dövlət resurslarının
səmərəli bölgüsü və iqtisadi artımın davamlılığının təmin olunması baxımından mühüm elmi və praktik
əhəmiyyət daşıyır.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.