ELEKTROTEXNİKA SƏNAYESİ İMKANLARININ İNKİŞAF POTENSİALININ MÜƏYYƏN EDİLMƏSİ

Müəlliflər

  • Emil Qasimov, Aynura Shikhmamedova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-53

Açar sözlər

elektrotexnika sənayesi, sənaye inkişafı, innovasiya, dövlət dəstəyi, qeyri-neft sektoru, yaşıl enerji, rəqabət qabiliyyəti

Xülasə

Bu Məqalədə elektrotexnika sənayesinin müasir iqtisadiyyatda rolu, inkişaf meyilləri və bu sahənin Azərbaycanda genişlənmə imkanları təhlil olunur. Elektrotexnika sənayesi yalnız elektrik enerjisinin istehsalı və paylanması ilə məhdudlaşmır, həm də elektronika, avtomatlaşdırma, rabitə və məişət texnikası kimi yüksək texnologiyalı sahələri əhatə edir. Bu sahənin inkişafı ölkənin sənayeləşmə səviyyəsini yüksəltmək, elmtutumlu istehsalı artırmaq və rəqabət qabiliyyətli iqtisadi struktur formalaşdırmaq 
baxımından mühüm əhəmiyyət daşıyır. 
Məqalədə beynəlxalq təcrübədə araşdırılıb. Beynəlxalq təcrübənin təhlili göstərir ki, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə elektrotexnika sənayesinin inkişafı dövlət dəstəyi, AR-GE yatırımları, innovasiya və rəqəmsallaşma siyasəti ilə bağlıdır. Dünya bazarında bu sənayenin illik artım tempi təxminən 7% təşkil edir və 2029-cu ildə bazar həcminin 5,58 trilyon dollara çatacağı gözlənilir. 
Azərbaycanda elektrotexnika sənayesi formalaşma mərhələsindədir. Son illərdə “ATEF Qrupu”, “STP Global Cable”, “Gök-Nur Bakı LTD”, “Alov Zavodu” və “Taube Electronics” kimi müəssisələr bu sahədə 
mühüm rol oynayır. Lakin istehsal çeşidi məhduddur və idxaldan asılılıq yüksək olaraq qalır. İstehsal fondlarının köhnəlməsi, innovativ fəaliyyətin zəifliyi, ixtisaslı kadr çatışmazlığı və məhsul keyfiyyətinin 
beynəlxalq standartlara uyğun olmaması əsas problemlər sırasındadır. Dövlət tərəfindən qəbul edilən “Azərbaycan 2020: Gələcəyə Baxış”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Yaşıl enerji” strategiyaları, eləcə də sənaye parkları və investisiya təşviqi mexanizmləri elektrotexnika  sənayesinin inkişafı üçün mühüm baza yaradır. Məqalədə dövlət proqramının hazırlanması, yerli istehsalın maliyyələşməsinin gücləndirilməsi, vergi-gömrük güzəştləri, brend şirkətlərin cəlbi və innovasiyaların 
təşviqi kimi tədbirlərin həyata keçirilməsi təklif olunur. Nəticə olaraq, elektrotexnika sənayesi Azərbaycanın qeyri-neft sektorunun diversifikasiyası, “yaşıl enerji” keçidi və iqtisadi müstəqilliyinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-17

Necə istinad edilir

ELEKTROTEXNİKA SƏNAYESİ İMKANLARININ İNKİŞAF POTENSİALININ MÜƏYYƏN EDİLMƏSİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 72-87. https://doi.org/10.71447/2413-7235-2025-1-53