AZƏRBAYCANIN BƏRPA OLUNAN ENERJİ SİYASƏTİNİN ƏSAS ASPEKTLƏRİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-35Açar sözlər
enerji siyasəti, bərpa olunan enerji, yaşıl enerji, günəş enerjisi, külək enerjisi, hidroelektrik enerjiXülasə
Sürətlə inkişaf edən texnologiyalar, dünya əhalisinin davamlı artımı və artan həyat standartlarınəticəsində
enerji tələbatı gündən-günə artmaqdadır. Hazırda qlobal enerji istehlakında əsas pay hələ də qalıq yanacaqların payına düşür.Lakin bu yanacaq növləri karbon emissiyalarının artımına səbəb olmaqla iqlim dəyişikliyinin dərinləşməsində əsas rol oynayır.Qalıq yanacaq növlərinin tükənən olması və ətraf mühitə mənfi ekoloji təsirləri isə ölkələrin bərpa olunan enerji mənbələrinə marağını xeyli artırmaqdadır.Bu
çərçivədə, enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ekoloji davamlılığı da qorumağa çalışan
beynəlxalq enerji siyasətləri getdikcə daha çox bərpa olunan enerji mənbələrinin təşviqini prioritet
istiqamət kimi müəyyənləşdirir.Bu gün bir çox ölkə tərəfindən bərpa olunan enerji yalnız alternativ deyil,
eyni zamanda strateji və ekoloji cəhətdən zəruri bir enerji modeli kimi qəbul olunur. Azərbaycan da bu ölkələr sırasına daxildir.Bu məqalədə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə mövcud imkanları araşdırılmış və bu mənbələrin milli enerji siyasətində strateji əhəmiyyəti təhlil olunmuşdur. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, məqalə bərpa olunan enerji mənbələrinin iqtisadi aspektdən qiymətləndirilməsi və Azərbaycanda bu sahədə həyata keçirilən inkişaf tədbirlərinin təhlili baxımından
mövzu üzrə əhəmiyyətli informasiya bazası kimi çıxış edir. Tədqiqatın tətbiqi əhəmiyyəti isə Azərbaycanın enerji siyasətində bərpa olunan mənbələrin yerinin düzgün müəyyənləşdirilməsi və bu sahədə prioritet istiqamətlərin formalaşdırılmasına elmi-praktik töhfə
verilməsidir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.