DAYANIQLI İNKİŞAF ŞƏRAİTİNDƏ KƏND TƏSƏRRÜFATININ İQTİSADİ ARTIMA TƏSİRLƏRİ

Müəlliflər

  • Turana Ahmadova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-36

Açar sözlər

dayanıqlı inkişaf, dayanıqlı kənd təsərrüfatı, iqtisadi artım, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, məşğulluğun təmini

Xülasə

Müasir dövrdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi qlobal və regional səviyyədə qarşıya 
qoyulan əsas prioritetlərdən biridir. Cəmiyyətin sağlam, təhlükəsiz və yüksək rifah səviyyəsində yaşaması üçün dayanıqlı inkişaf konsepsiyası xüsusi əhəmiyyət daşıyır. Bu inkişaf modeli bir tərəfdən təbii resursların qorunmasını, digər tərəfdən isə ətraf mühitlə insan fəaliyyətləri arasında balansın yaradılmasını 
hədəfləyir. Dayanıqlı inkişafın əsas prinsiplərinə iqtisadi artımın təmin olunması, sosial inklüzivliyin 
genişləndirilməsi və ətraf mühitin qorunması daxildir. Bu prinsiplərin sinxron şəkildə həyata keçirilməsi 
isə uzunmüddətli və davamlı tərəqqinin əsas şərti sayılır. Bu kontekstdə kənd təsərrüfatının sosial-iqtisadi inkişafa təsirinin araşdırılması xüsusi aktuallıq kəsb edir. Kənd təsərrüfatı həm qida təhlükəsizliyinin təmin 
olunmasında, həm də regionlarda məşğulluğun artırılmasında mühüm rol oynayır. Eyni zamanda, bu sahədə tətbiq olunan müasir və innovativ metodlar resursların daha səmərəli istifadəsinə, məhsuldarlığın 
artmasına və ekoloji tarazlığın qorunmasına imkan yaradır. Dayanıqlı kənd təsərrüfatı sistemləri yalnız 
təbii ehtiyatların optimal idarə olunması ilə məhdudlaşmır, eyni zamanda kənd yerlərində iqtisadi fəallığın və innovasiya potensialının artırılması, kənd ərazilərinin inkişafı, sosial infrastrukturun genişləndirilməsi 
və iqlim dəyişikliyinə uyğunlaşma potensialının gücləndirilməsi baxımından da önəmlidir. Həmçinin bu 
sahədə tətbiq olunan müasir və innovativ metodlar torpaq, su və digər təbii ehtiyatların optimal idarə olunması ilə yanaşı, iqtisadi artıma da mühüm töhfə verir. Bu səbəbdən kənd təsərrüfatında dayanıqlı inkişaf modellərinin tətbiqi və təkmilləşdirilməsi mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilir. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-17

Necə istinad edilir

DAYANIQLI İNKİŞAF ŞƏRAİTİNDƏ KƏND TƏSƏRRÜFATININ İQTİSADİ ARTIMA TƏSİRLƏRİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 130139. https://doi.org/10.71447/2413-7235-2025-1-36

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri