RƏQƏMSAL İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMİNİN MÜASİR TENDENSİYALARI
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-47Açar sözlər
rəqəmsal iqtisadiyyat; rəqəmsallaşma; süni intellekt; hüquqi tənzimlənmə; hüquqi baza; hüquqi norma.Xülasə
Məqalədə müasir iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi çıxış edən rəqəmsallaşma
proseslərinin hüquqi əsasları və tənzimlənmə mexanizmləri hərtərəfli təhlil edilir. Rəqəmsallaşma yalnız
iqtisadi fəaliyyətin texnoloji yenilənməsi deyil, həm də idarəetmə münasibətlərinin, hüquqi normaların və
sosial institutların yeni prinsiplər üzərində formalaşmasını tələb edən çoxşaxəli proses kimi qiymətləndirilir. Rəqəmsal iqtisadiyyatın formalaşması nəticəsində elektron hökumət, rəqəmsal ticarət, süni intellekt və böyük verilənlər (big data) kimi anlayışlar iqtisadi dövriyyənin və hüquqi münasibətlərin
ayrılmaz hissəsinə çevrilir. Müəllif qeyd edir ki, rəqəmsal transformasiya prosesləri sürətlə inkişaf etsə də, onların hüquqi tənzimlənməsi Azərbaycanın qanunvericilik sistemində hələ də ilkin mərhələdədir. Qüvvədə olan normativ-hüquqi aktlar əsasən fraqmentar xarakter daşıyır və rəqəmsallaşmanın kompleks şəkildə idarə
edilməsini tam təmin etmir. Bu sahədə sistemli və elmi əsaslandırılmış hüquqi konsepsiyaların
hazırlanması, beynəlxalq təcrübənin öyrənilərək milli qanunvericiliyə inteqrasiyası vacib məsələlər kimi önə çıxır. Məqalədə həmçinin vurğulanır ki, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal aktivlərin hüquqi dövriyyəsi
və məlumatların qorunması kimi istiqamətlər üzrə dəqiq hüquqi normaların olmaması rəqəmsal
iqtisadiyyatın inkişafını məhdudlaşdırır. Bununla belə, mövcud hüquqi baza gələcək islahatlar üçün mühüm platforma yaradır. Yaxın illərdə bu istiqamətdə vahid hüquqi siyasətin formalaşdırılması, rəqəmsal hüququn ayrıca institut kimi inkişaf etdirilməsi və normativ-hüquqi sistemin beynəlxalq standartlara
uyğunlaşdırılması zəruridir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.