SOSİAL ŞƏBƏKƏLƏRİN FUNKSİYALARI: TƏSİRLƏRİ, MEYDANA ÇIXAN ÇAĞIRIŞLAR VƏ PERSPEKTİV HƏLL YOLLARI
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-48Xülasə
Məqalədə sosial şəbəkələrin əsas funksiyaları və onların müasir cəmiyyətin müxtəlif sahələrinə təsiri hərtərəfli araşdırılır, həmçinin bu platformaların intensiv inkişafı prosesində meydana çıxan çağırışlar müəyyənləşdirilir. Xüsusi diqqət kommunikativ, informasiya, iqtisadi, sosial-siyasi və mədəni
identifikasiya funksiyalarına yönəldilir. Göstərilir ki, sosial şəbəkələr yalnız şəxsi və kütləvi
kommunikasiya vasitəsi kimi deyil, eyni zamanda iqtisadiyyatın rəqəmsallaşmasının, ictimai rəyin
formalaşmasının, mədəni kimliyin qorunması və ya zəifləməsinin mühüm amili kimi çıxış edir. Aparılmış təhlil göstərir ki, sosial şəbəkələrin istifadəsinin müsbət təsirləri qlobal və mədəniyyətlərarası ünsiyyət imkanlarının genişlənməsini, informasiya mübadiləsinin sürətlənməsini, rəqəmsal biznesin və elektron kommersiyanın inkişafını, vətəndaş fəallığının artmasını və gənclərin ictimai proseslərə cəlb olunmasını əhatə edir. Bununla yanaşı, bir sıra problemli aspektlər də müəyyən edilmişdir: dezinformasiyanın və
manipulyativ məzmunun yayılması, “əks-səda kamerası” effektləri vasitəsilə cəmiyyətin polarizasiyasının
güclənməsi, kiberzorakılığın artması, rəqəmsal asılılığın formalaşması, məxfilik səviyyəsinin azalması və şəxsi məlumatlara təhlükələr, iri platformalar tərəfindən bazarın monopoliyalaşdırılması, eləcə də yerli ənənə və dəyərlərin zəifləməsinə səbəb olan mədəni unifikasiyanın baş verməsi. Elmi ədəbiyyatın və
müasir tədqiqatların təhlili əsasında sosial şəbəkələrin fəaliyyətinin mənfi nəticələrinin minimuma
endirilməsi üçün kompleks tövsiyələr irəli sürülür. Bunlara – alqoritmik şəffaflığın və rəqəmsal
platformaların məsuliyyətinin artırılması, istifadəçilərin rəqəmsal media savadlılığının inkişaf etdirilməsi,
sosial şəbəkələrin fəaliyyətinin beynəlxalq tənzimləmə standartlarının formalaşdırılması, mədəni müxtəlifliyin dəstəklənməsi və rəqəmsal mühitdə etik prinsiplərin təşviqi daxildir. Əldə edilən nəticələr sosial şəbəkələrin qloballaşma şəraitində qlobal informasiya məkanının sistem qurucu elementi kimi öyrənilməsi və tənzimlənməsi üçün kompleks, multidissiplinar yanaşmanın vacibliyini vurğulayır.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.