ELEKTRON KOMMERSIYANIN AZƏRBAYCAN İQTİSADİYYATINDAKI ROLUNUN SON ONİLLİK ÜZRƏ ANALİZİ 

Müəlliflər

  • Nicat Ahmadli Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-50

Açar sözlər

elektron ticarət, onlayn alış-veriş, qlobal bazar, istehlakçı, iqtisadiyyat

Xülasə

Elektron ticarət müasir dövrün ən mühüm iqtisadi fenomendlərindən biri kimi çıxış edir. Müasir 
texnologiyanın, xüsusilə internet və mobil cihaz əsaslı platformaların sürətli inkişafı bu sahənin 
böyüməsinə ciddi təkan vermişdir. Məhsul və xidmətlərin internet üzərindən alqı-satqısı istehlakçı 
davranışını dəyişməklə yanaşı, ənənəvi biznes modellərinə də yeni forma qazandırmışdır. Dünyada 
elektron ticarət bazarı eksponensial sürətlə artaraq trilyonlarla dollarlıq illik dövriyyəyə yaxınlaşır. Bu artımın əsas səbəbləri internetə çıxış imkanlarının genişlənməsi, texnologiyaların əlçatanlığının artması və müştəri tələblərinin çevik dəyişməsidir. Azərbaycan da bu prosesdən kənarda qalmamışdır. Qərbi Asiya ilə Şərqi Avropanın kəsişməsində yerləşən ölkə son illərdə rəqəmsal infrastrukturunu gücləndirərək elektron 
ticarətin inkişafına mühüm töhfələr vermişdir. Bununla belə, bazar hələ də tam yetkin deyil və ödəniş 
təhlükəsizliyi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, logistik infrastrukturun gücləndirilməsi kimi 
məsələlər öz aktuallığını qoruyur. Elektron ticarətin iqtisadi səmərəliliyi əməliyyat xərclərinin azalması, müqavilə və alış-satış proseslərinin sadələşdirilməsi, həmçinin sərmayə cəlbetmə imkanlarının 
genişlənməsi ilə bağlıdır. Bu, eyni zamanda Azərbaycanın iqtisadiyyatında "resurs lənəti" probleminin 
yumşaldılmasına, yəni neft sektorundan kənar yeni istiqamətlərin inkişafına da şərait yaradır.Elektron 
ticarətin inkişafı xarici əlaqələrin genişlənməsi, turizm və yeni biznes strukturlarının formalaşması  baxımından da mühüm əhəmiyyət kəsb edir. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-18

Necə istinad edilir

ELEKTRON KOMMERSIYANIN AZƏRBAYCAN İQTİSADİYYATINDAKI ROLUNUN SON ONİLLİK ÜZRƏ ANALİZİ . (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 190-198. https://doi.org/10.71447/2413-7235-2025-1-50