SÜNİ İNTELLEKT VƏ BİLİKLƏRİN İDARƏ OLUNMASI: AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI ÜÇÜN HÜQUQİ VƏ İNSTİTUSİONAL PERSPEKTİVLƏR

Müəlliflər

  • Fikret Khosrovlu Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-51

Açar sözlər

süni intellekt, biliklərin idarə olunması, iqtisadi təhlükəsizlik, idarəetmə, rəqəmsallaşma, iqtisadi inkişaf.

Xülasə

Məqalə süni intellektin (Sİ) biliklərin idarə olunması (BİO) proseslərindəki rolunun və onun Azərbaycanın 
iqtisadi inkişafı üçün hüquqi-institusional əhəmiyyətinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatda 
generativ Sİ-nin, xüsusilə böyük dil modellərinin (BDM), biliklərin yaradılması, saxlanması və tətbiqi 
sahəsində təsirləri təhlil edilir. Qeyd olunur ki, bu texnologiyalar yalnız məlumatların emalını 
sürətləndirmir, həm də dövlət idarəçiliyi və biznesdə biliklərin formalaşdırılması və istifadəsinə yeni 
yanaşmalar gətirir. Milli kontekstdə formalaşan hüquqi və institusional baza rəqəmsal transformasiya və 
Sİ-nin səmərəli tətbiqi üçün əsas şərtlər yaradır. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycanda 
Sİ-yə əsaslanan biliklərin idarə olunması ilk dəfə kompleks şəkildə təhlil edilmişdir və onun iqtisadi müstəqillik və təhlükəsizlik baxımından rolu xüsusi vurğulanır. Əsas çağırışlar – alqoritmik qərəz, kiber əhlükəsizlik riskləri, xarici texnologiyalardan asılılıq və kadr çatışmazlığı araşdırılır. Onların azaldılması üçün milli dil modellərinin və məlumat mərkəzlərinin yaradılması, təhsil proqramlarının 
tətbiqi və etik Sİ standartlarının formalaşdırılması təklif olunur. Məqalənin praktik əhəmiyyəti dövlət qurumları və biznes üçün milli bilik bazasının yaradılması, dövlət xidmətlərinin keyfiyyətinin artırılması 
və biznes proseslərinin sürətləndirilməsi üzrə tövsiyələrin işlənib hazırlanmasında əks olunur. Əlavə olaraq, bilik mühəndisliyi və Sİ auditində ixtisaslı mütəxəssislərin hazırlanmasının uzunmüddətli 
davamlılığın əsas şərti olduğu vurğulanır. Gələcəkdə Sİ və BİO-nun inteqrasiyası Azərbaycanın 
iqtisadiyyatının şaxələndirilməsi, texnoloji suverenliyin möhkəmləndirilməsi və beynəlxalq rəqabət 
qabiliyyətinin artırılması üçün strateji amil kimi qiymətləndirilir.

Əlavə fayllar

Yayımlanıb

2025-11-18

Necə istinad edilir

SÜNİ İNTELLEKT VƏ BİLİKLƏRİN İDARƏ OLUNMASI: AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI ÜÇÜN HÜQUQİ VƏ İNSTİTUSİONAL PERSPEKTİVLƏR. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 199-211. https://doi.org/10.71447/2413-7235-2025-1-51