BANKLARIN BİZNES KREDİTLƏRİNİN QEYRİ-NEFT-QAZ SEKTORUNDA İNVESTİSİYA FƏALLIĞINDA ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-39Açar sözlər
Banking sector of the Republic of Azerbaijan, loan placements, business loans, consumer loans, non-interest expenses.Xülasə
Təqdim edilən tədqiqat işi Azərbaycan Respublikası bank sektorunun maliyyə vasitəçiliyi fəaliyyətində
aparıcı istiqamət olan kreditləşmənin, xüsusilə biznes kreditləşmənin, milli iqtisadiyyatın qeyri-neft və qaz
sektorunda investisiya fəallığının təmin edilməsindəki rolunu hərtərəfli qiymətləndirməyə yönəlmişdir.
Tədqiqatın əsas məqsədi bankların biznes kreditlərinin iqtisadiyyatın qeyri-neft-qaz seqmentində
investisiya proseslərinə təsirini müəyyənləşdirmək və bu təsiri müxtəlif göstəricilər əsasında ölçməkdir.
İşdə kredit qoyuluşlarının ÜDM-ə və qeyri-neft ÜDM-ə nisbəti, kreditlərin, xüsusilə biznes kreditlərinin
bank aktivlərindəki payı, bank kreditlərinin faiz dərəcələri, bankların qeyri-faiz xərcləri, biznes kreditlərin
bankların kredit portfelindəki payı, kapital xərcləri və dövriyyə vəsaitləri üzrə bölgüsü kimi parametrlər təhlil edilmişdir. Həmçinin tədqiqat biznes kreditlərin əsas kapitala investisiyalarda maliyyələşmə mənbəyi kimi funksiyasını, bankların kredit portfelində sənaye və istehsalın payını, eləcə də bankların istehlak kreditləri ilə idxal arasındakı əlaqəni araşdırır. Aparılan analiz nəticəsində bank kreditləşməsinin qeyri-neft və qaz sektorunda investisiya fəallığının
artırılmasında strateji əhəmiyyəti müəyyən edilmiş, kredit siyasətinin iqtisadiyyatın real sektoruna təsiri
əyani şəkildə nümayiş etdirilmişdir. Bu nəticələr bank sektorunun inkişaf strategiyalarının
formalaşdırılmasında və milli iqtisadiyyatın diversifikasiyası istiqamətində elmi əsas rolunu təmin edir,
habelə gələcək tədqiqatlar üçün metodoloji baza yaradır.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.