AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ MALİYYƏLƏŞMƏ ALƏTİ KİMİ İSTİQRAZLARIN EMİSSİYASI

Müəlliflər

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-40

Açar sözlər

istiqraz, sabit gəlirli qiymətli kağızlar, SOCAR, neft sənayesi, iqtisadi siyasət, maliyyə-kredit.

Xülasə

İstiqrazların emissiyası iqtisadiyyat (fiskal siyasət) və maliyyə (kreditləşmə) sahələrində geniş tətbiq olunan maliyyələşmə metodlarından biridir. Emissiya olunan istiqrazlar aşağı faizli kredit istifadəsi, vergi 
güzəştləri və büdcə kəsirlərinin aradan qaldırılmasında həm dövlət, həm də özəl sektor layihə və büdcələrin formalaşmasında əvəzsiz rola sahibdir.  
Bu məqalənin əsas məqsədi Azərbaycanın neft sənayesində (neft emalı sənayesi) 2016-ci ildən etibarən davam edən modernizasiya və yenidənqurmanın təşkili üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən emissiya olunan istiqrazların rolundan, praktiki əhəmiyyətindən bəhs etməkdir. Məqalənin əsas hissəsində modernizasiya və yenidənqurma layihəsinin mahiyyətindən, eləcə də, həm SOCAR, həm də digər müəssisələr tərəfindən 2016-cı ildən sonrakı dövrdə açıq təklif olunan istiqraz emissiyaları haqqında 
məlumat veriləcəkdir.  
Məqalənin praktiki əhəmiyyəti onun həm neft, həm də digər sənaye və xidmət sahələrində asan 
maliyyələşmənin tətbiq və təhlili baxımından vacibdir. Məqalənin nəzəri əhəmiyyəti isə bir tərəfdən gələcəkdə bu qəbildən olan tətqiqatlar üçün stimul rolu oynayacaq, digər tərəfdən isə maliyyə aləti olan istiqrazın əhəmiyyəti və strukturu haqqında məlumat almaq istəyən şəxslər kiçik çaplı metodiki vəsait olmasındadır.  Məqalənin elmi yeniliyi Azərbaycan maliyyə mühiti üçün yeni qəbul olunan sabit gəlirli istiqraz emissiyasının hərtərəfli təhlilindədir. Həm neft sənayesində, həm də maliyyə-kredit sahəsində mütəşəkkil 
yeniliklərin daim baş verməsi belə məqalə və dissertasiyaların yazılması üçün başlıca stimul hesab edilə 
bilər. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-18

Necə istinad edilir

AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ MALİYYƏLƏŞMƏ ALƏTİ KİMİ İSTİQRAZLARIN EMİSSİYASI. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 263-272. https://doi.org/10.71447/2413-7235-2025-1-40