AZƏRBAYCANDA VERGİ İSLAHATLARININ VERGİ POTENSİALINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Mansura Abdullayeva Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-42

Açar sözlər

vergi siyasəti, fiskal potensial, vergi islahatları, rəqəmsallaşma, iqtisadi inkişaf

Xülasə

Vergi siyasəti və onun idarəetmə  mexanizmləri istənilən ölkənin iqtisadi inkişafında və dövlət büdcəsinin sabit maliyyələşməsində həlledici rol oynayır. Azərbaycanda son illərdə aparılan vergi islahatlarının əsas 
məqsədi dövlətin fiskal potensialını artırmaq, vergi ödəyicilərinin yükünü optimallaşdırmaq, kölgə iqtisadiyyatının həcmini azaltmaq və şəffaflığı təmin etməkdən ibarət olmuşdur. Bu məqalədə nəzəri yanaşmalar və ekonometrik təhlil metodları əsasında ölkənin vergi potensialına təsir edən amillər   qiymətləndirilmişdir. 
Tədqiqat nəticələri göstərir ki, vergi dərəcələrinin optimallaşdırılması fiskal siyasətin daha effektiv icrasına şərait yaratmış,rəqəmsallaşdırma tədbirləri isə inzibatçılıqda şəffaflığı artıraraq vergi ödəyicilərinin 
məsuliyyətini gücləndirmişdir. Xüsusilə onlayn kassa aparatlarının, elektron qaimələrin və vahid vergi informasiya bazalarının tətbiqi, dövlət orqanları arasında məlumat mübadiləsinin asanlaşdırılması fiskal 
intizamı əhəmiyyətli dərəcədə gücləndirmişdir. Araşdırma göstərir ki, əldə edilən nailiyyətlərə baxmayaraq, ölkədə hələ də nəzərəçarpacaq vergi boşluğu mövcuddur. 
Empirik analiz sübut edir ki, həyata keçirilən islahatlar qısamüddətli dövrdə dövlət büdcəsinin gəlirlərinə 
müsbət təsir göstərir, vergi yığımını artırır. Uzunmüddətli perspektivdə isə bu tədbirlər vergi bazasının genişlənməsini təmin etməklə ölkənin iqtisadi dayanıqlığını möhkəmləndirir. Beləliklə, müasir islahatlar həm fiskal səmərəliliyi artırmaqda, həm də iqtisadiyyatın davamlı inkişafı üçün şərait yaratmaqda mühüm əhəmiyyət kəsb edir. Məqalə nəticə olaraq vurğulayır ki, Azərbaycanın vergi potensialının maksimum reallaşdırılması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlər vacibdir. İlk növbədə vergi qanunvericiliyinin sadələşdirilməsi və 
ziddiyyətlərin aradan qaldırılması tələb olunur. İkinci mühüm istiqamət əsassız və səmərəsiz vergi 
güzəştlərinin azaldılmasıdır ki, bu da vergi bərabərliyini və ədalət prinsipini təmin edər.  

Əlavə fayllar

Yayımlanıb

2025-11-18

Necə istinad edilir

AZƏRBAYCANDA VERGİ İSLAHATLARININ VERGİ POTENSİALINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 285-292. https://doi.org/10.71447/2413-7235-2025-1-42