ƏMƏK MİQRASİYASI VƏ ONUN MAKROİQTİSADİ TƏSİRLƏRİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-43Açar sözlər
əmək miqrasiyası, recipiyent, beyn axını, işçi qüvvəsi, kadr hazırığı, işsizlik səviyyəsi və sosial aspectXülasə
Qloballaşma şəraitində əmək miqrasiyası müasir iqtisadiyyatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnsanların daha yaxşı iş şəraiti, yüksək gəlir və sosial təminat məqsədilə bir ölkədən digərinə və ya regiondan regiona hərəkəti əmək miqrasiyasının əsas məzmununu təşkil edir. Bu proses həm miqrant ölkələrə, həm də miqrasiya qəbul edən dövlətlərə iqtisadi və sosial baxımdan mühüm təsir göstərir. Bu proses insanların daha yaxşı həyat şəraiti, yüksək əməkhaqqı və sosial təminat axtarışı məqsədilə doğma yaşayış yerlərini tərk etməsini ifadə edir. Azərbaycan da əmək miqrasiyası proseslərinin təsirinə məruz
qalan ölkələr sırasındadır. Azərbaycanda əmək miqrasiyası həm daxili, həm də xarici istiqamətdə baş verir və ölkənin regionlarının iqtisadi inkişafına müxtəlif formalarda təsir göstərir. Xaricə əmək miqrasiyası nəticəsində bir tərəfdən işçi qüvvəsinin azalması müşahidə olunur, digər tərəfdən isə miqrantların
göndərdiyi pul köçürmələri regionların sosial rifah səviyyəsini artırır. Ölkədə əmək bazarının struktur problemləri, regionlar üzrə işsizlik fərqləri və sosial-iqtisadi inkişaf səviyyəsinin bərabər olmaması bu prosesləri gücləndirir. Bu məqalədə əmək miqrasiyasının müxtəlif ölkələrdə və xüsusilə də inkişaf etməkdə
olan iqtisadiyyatlarda makroiqtisadi göstəricilərə olan təsiri təhlil olunur. Miqrasiya həm donor (işçi göndərən), həm də recipiyent (işçi qəbul edən) ölkələrin əmək bazarına, valyuta axınlarına, istehlaka və iqtisadi artıma ciddi təsir göstərir. Məqalədə həm beynəlxalq statistika, həm də Azərbaycan nümunəsi kontekstində əmək miqrasiyasının iqtisadi nəticələri qiymətləndirilmişdir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.