İNSAN KAPİTALININ VƏZİYYƏTİNİN MÜQAYİSƏLİ TƏHLİLİ: AZƏRBAYCAN VƏ BEYNƏLXALQ TƏCRÜBƏ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-45Açar sözlər
insan kapitalı, xərclər, təhsil, səhiyyə, müqayisəli təhlilXülasə
Tədqiqatın məqsədi insan kapitalına investisiya qoyuluşlarının müqayisəli təhlilini aparmaq, inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında insan kapitalının inkişaf səviyyəsində fərqləri müəyyən
edən əsas amilləri təyin etməkdir. Tədqiqat zamanı seçilmiş ölkələr üzrə İnsan Kapitalı İndeksinin
komponentlərinin təhlili, təhsil və səhiyyəyə dövlət xərclərinin insan kapitalının inkişafına təsirinin
müəyyənləşdirilməsi, Azərbaycan üzrə proqnoz ssenarilərinin və strateji tövsiyələrin hazırlanması kimi
vəzifələr qarşıya qoyulmuşdur. Tədqiqat təsviri təhlil, HCI komponentlərinin müqayisəli təhlili və
reqressiya təhlili daxil olmaqla çoxmərhələli analitik yanaşmaya əsaslanır. Məlumat bazası kimi Dünya
Bankının 2020-ci il üçün İnsan Kapitalı İndeksi, Sinqapur, Cənubi Koreya, Almaniya və Azərbaycanda
təhsil və səhiyyəyə dair statistik məlumatlardan istifadə edilir. Əsasən adambaşına düşən ÜDM, təhsil
və səhiyyəyə dövlət xərcləri, təhsilin müddəti və demoqrafik göstəricilərdən istifadə edilərək təhlil
aparılıb. Tədqiqat nəticəsində təhlil edilən ölkələr arasında insan kapitalının inkişaf səviyyəsində əhəmiyyətli fərqlər aşkar edilmişdir. 0,58 HCI ilə Azərbaycan Sinqapurdan (0,88), Cənubi Koreya (HCI:
0,80) və Almaniyadan (HCI: 0,75) əhəmiyyətli dərəcədə geri qalır ki, bu da əsasən təhsilin keyfiyyətində və səhiyyə sisteminin effektivliyindəki fərqlərlə izah olunur. Əsas nəticələr göstərir ki, Azərbaycanda
boşluqlar ilk növbədə təhsilin keyfiyyəti və səhiyyə nəticələri ilə bağlıdır. Aparılan reqressiya təhlili
təhsil və səhiyyəyə dövlət xərclərinin insan kapitalının inkişafına əhəmiyyətli təsirini təsdiqləmişdir.
Tədqiqatın elmi yeniliyi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təhsil və səhiyyə sahələrinə eyni
vaxtda investisiyaların sinergik təsirinin əsaslandırılmasındadır. Tədqiqatın praktiki əhəmiyyəti təhsil
və səhiyyə sistemlərinin modernləşdirilməsi üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirlər
də daxil olmaqla, inkişaf etməkdə olan ölkələr üçün insan kapitalına investisiyanın səmərəliliyinin
artırılması üzrə konkret siyasət tövsiyələrinin işlənib hazırlanmasından ibarətdir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.