HEYƏTİN İDARƏ EDİLMƏSİNDƏN İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİNƏ KEÇİD: TARİXİ İNKİŞAF, STRATEJİ UYĞUNLUQ VƏ TƏTBİQ MEXANİZMLƏRİ

Müəlliflər

  • Shahin Karimov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-55

Açar sözlər

İnsan resurslarının idarə edilməsi (HRM), strateji uyğunluq və rəqəmsal inteqrasiya, idarəetmədə paradiqma dəyişiklikləri, HRIS, ATS, LMS, ERP texnologiyaları, performans və insan kapitalının idarə edilməsi

Xülasə

Məqalədə insan resurslarının idarə edilməsinin (HRM) formalaşması və inkişaf mərhələləri, “heyətin 
idarə edilməsi” (Personnel Management – PM) konsepsiyasından strateji HRM modelinə keçidin tarixi zərurəti, elmi əsasları və tətbiq mexanizmləri geniş şəkildə araşdırılmışdır. Əsas məqsəd idarəetmənin paradiqma dəyişikliklərini, təşkilati məqsədlərlə insan resurslarının strateji uyğunluğunu təmin edən mexanizmləri və müasir rəqəmsal yanaşmaların idarəetmədə yaratdığı yeni imkanları təhlil etməkdir. Tədqiqatın metodoloji bazasını sistemli, tarixi-üqayisəli, analitik və struktur-funksional yanaşmalar təşkil edir. Araşdırma zamanı Armstrong (2020), Ulrich (1997), Jabbour (2008), Beer və digərlərinin modelləri, həmçinin yerli alimlərin tədqiqatları müqayisəli şəkildə təhlil olunmuşdur. 
Nəticələr göstərir ki, HRM-in təkamülü sadəcə idarəetmə strukturunda dəyişiklik deyil, həm də təşkilati 
mədəniyyətin, qərarvermə proseslərinin və liderlik modellərinin modernləşməsini zəruri edir. Müasir mərhələdə İnsan Resursları İnformasiya Sistemi (HRIS), Namizədlərin İzlənməsi Sistemi (ATS), 
Təlimlərin İdarə Edilməsi Sistemi (LMS) və Müəssisə Resurslarının Planlaşdırılması Sistemi (ERP) kimi rəqəmsal texnologiyalar işçi məlumatlarının mərkəzləşdirilmiş formada idarə edilməsinə, performansın real vaxt rejimində izlənilməsinə və resursların optimallaşdırılmasına şərait yaradır. HR 
analitika və KPI əsaslı qiymətləndirmə modelləri isə səmərəliliyin artırılması, motivasiya mexanizmlərinin təkmilləşdirilməsi və idarəetmədə şəffaflığın yüksəldilməsinə imkan verir. Tədqiqatın elmi yeniliyi müəllif tərəfindən Azərbaycanın sənaye müəssisələri üçün təklif edilən HRM
in strateji uyğunluq və rəqəmsal inteqrasiya modelidir. Bu model insan kapitalının idarə olunmasında 
məlumat əsaslı qərarverməni, strateji məqsədlərlə resurs potensialı arasında tarazlığın yaradılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Məqalənin tətbiqi əhəmiyyəti isə təşkilatlarda 
məhsuldarlığın yüksəldilməsi, insan potensialının optimallaşdırılması və idarəetmə proseslərinin 
çevikləşdirilməsidir. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-19

Necə istinad edilir

HEYƏTİN İDARƏ EDİLMƏSİNDƏN İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİNƏ KEÇİD: TARİXİ İNKİŞAF, STRATEJİ UYĞUNLUQ VƏ TƏTBİQ MEXANİZMLƏRİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 339-350. https://doi.org/10.71447/2413-7235-2025-1-55