AQRAR-ƏRZAQ BAZARININ İNKİŞAFININ SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-56Açar sözlər
Aqrar-ərzaq bazarı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, dövlət siyasətk, sosial-iqtisadi inkişaf, logistika və emal, beynəlxalq təcrübə, kooperativ model, rəqabət qabiliyyəti, innovativ mexanizmlərXülasə
Məqalədə aqrar-ərzaq bazarının inkişafının sosial-iqtisadi əhəmiyyəti, onun ərzaq təhlükəsizliyi,
regional inkişaf, məşğulluq və sosial sabitliklə qarşılıqlı əlaqəsi elmi-nəzəri baxımdan təhlil olunur.
Araşdırmada göstərilir ki, aqrar sahədə baş verən struktur dəyişiklikləri və dövlətin tənzimləyici
siyasəti bazarın dayanıqlılığının təmin edilməsində əsas rol oynayır. Müəllif tərəfindən aparılan
təhlillər nəticəsində müəyyən olunur ki, Azərbaycanın aqrar-ərzaq bazarında institusional və struktur
məhdudiyyətlər hələ də qalmaqdadır: aqrar kooperativlərin zəif inkişafı, emal sənayesinin qeyri
bərabər yerləşməsi, logistika infrastrukturunun natamamlığı və dövlət dəstəyi mexanizmlərinin
ünvanlılıq problemləri səmərəliliyi məhdudlaşdırır. Beynəlxalq təcrübənin müqayisəli təhlili göstərir
ki, inkişaf etmiş ölkələrdə aqrar bazarların rəqabətqabiliyyətliliyi kooperativ modellərin gücü,
innovativ emal texnologiyaları, rəqəmsal idarəetmə sistemləri və dövlət-özəl tərəfdaşlığının
institusional əsasları ilə təmin olunur. Məqalədə qeyd olunur ki, Azərbaycanın aqrar-ərzaq bazarının
davamlı inkişafı üçün istehsal-emal-logistika zəncirinin inteqrasiyası, rəqəmsallaşma proseslərinin
genişləndirilməsi, yerli brendlərin təşviqi və ixrac yönümlü istehsalın stimullaşdırılması zəruridir.
Bununla yanaşı, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılması, eləcə də müasir marketinq və
ticarət strategiyalarının tətbiqi rəqabət qabiliyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Dövlət
tərəfindən subsidiyalaşdırma və investisiya təşviqlərinin hədəflənmiş və şəffaf şəkildə həyata
keçirilməsi səmərəliliyi artırır. Regional bazarların inkişafı üçün yerli məhsul istehsalının təşviqi və
logistika infrastrukturunun təkmilləşdirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, aqrar elmi
tədqiqat institutlarının və innovasiya mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi texnologiya transferi
və məhsuldarlığın yüksəldilməsinə xidmət edir. Nəticə olaraq vurğulanır ki, aqrar-ərzaq bazarının
modernləşdirilməsi yalnız iqtisadi səmərəliliyi deyil, həm də sosial rifahı, ərzaq təhlükəsizliyini və
regional balanslı inkişafı təmin edən strateji istiqamətdir. Beləliklə, aqrar-ərzaq bazarının kompleks və
davamlı inkişafı həm iqtisadi, həm də sosial göstəricilərin artmasına birbaşa töhfə verir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.