YENİ NƏSİL İQTİSADİYYAT İNDEKSİNİN KOMPOZİT QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜQAYİSƏLİ TƏHLİLİ

Müəlliflər

  • professor, Arzu D. Huseynova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-58

Xülasə

Məqalədə Yeni Nəsil İqtisadiyyat İndeksinin nəzəri əsasları, quruluş məntiqi və 15 ölkə üzrə empirik nəticələri sistemli şəkildə təhlil olunur. Tədqiqatın məqsədi rəqəmsallaşma, insan kapitalı, innovasiya, kreativ sahələr və platforma əsaslı iqtisadi fəaliyyəti vahid kompozit ölçmə çərçivəsində birləşdirən indeksin analitik potensialını göstərmək və Azərbaycanın bu çərçivədə mövqeyini qiymətləndirməkdir. Empirik baza YNİİ üzrə metodologiya hesabatı və 2025-ci il qlobal reytinq materialları əsasında formalaşdırılmışdır. Məqalədə 10 subindeksli model, ekspert əsaslı çəki strukturu, z-score normallaşdırması, neqativ indikatorların tərsinə çevrilməsi, çəkili aqreqasiya və Input-Output arxitekturası izah edilir. Nəticələr göstərir ki, Çin 74.42 balla seçmədə liderdir; Macarıstan, Türkiyə, Şimali Kipr və Gürcüstan yüksək performans qrupunda yer alır; Azərbaycan isə 42.11 balla orta qrupda qərarlaşır. Korrelyasiya təhlili indeksin əsas drayverlərinin təhsil, platforma iqtisadiyyatı, infrastruktur, demoqrafik struktur və kreativ iqtisadiyyat olduğunu göstərir. Azərbaycan üzrə əsas nəticə ondan ibarətdir ki, ölkədə input potensialı formalaşsa da, bu potensial innovasiya, kreativ məhsuldarlıq və platforma əsaslı nəticələrə yetərincə çevrilmir. Bu səbəbdən siyasət prioriteti əlavə resurs toplamaqdan daha çox transformasiya zəncirinin səmərəliliyini yüksəltmək olmalıdır. Məqalə yeni nəsil iqtisadiyyatın ölçülməsində klassik makroiqtisadi indikatorları tamamlayan, müqayisəli və diaqnostik kompozit indeks yanaşmasının elmi və praktik üstünlüklərini əsaslandırır.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

YENİ NƏSİL İQTİSADİYYAT İNDEKSİNİN KOMPOZİT QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜQAYİSƏLİ TƏHLİLİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-58