İŞĞALDAN AZAD OLMUŞ TORPAQLARDA AQRAR SEKTORUN İNKİŞAFINDA YARANAN İDARƏETMƏ PROBLEMLƏRİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-62Xülasə
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu ərazilərin kənd təsərrüfatı potensialı çox yüksək olsa da, uzun müddət işğal altında qalması nəticəsində torpaq və su ehtiyatlarının deqradasiyaya uğraması, infrastrukturun tamamilə dağıdılması və institusional idarəetmənin pozulması ciddi idarəetmə problemlərinə səbəb olmuşdur. Məqalədə bu problemlərin kökləri, mövcud vəziyyət və onların idarəetmə strategiyaları çərçivəsində həlli yolları araşdırılır. Əsas diqqət torpaq mülkiyyəti və istifadəsi ilə bağlı hüquqi boşluqlara, aqrar infrastrukturun yenidən qurulmasında qarşıya çıxan çətinliklərə, insan resurslarının bölgəyə cəlbi və bölgədə təhlükəsizlik (mina təmizlənməsi) məsələlərinə yönəldilmişdir. Eyni zamanda aqrar sahədə investisiyaların təşviqi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və dayanıqlı idarəetmə modellərinin qurulması üzrə tövsiyələr verilmişdir. Məqalə həmçinin vurğulayır ki, bu ərazilərdə aqrar idarəetmənin rəqabət qabiliyyətli formada qurulması üçün kənd təsərrüfatı kooperativlərinin inkişafı, subsidiyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, risk idarəetməsi və aqrar sığorta sistemlərinin tətbiqi zəruridir. Müasir texnologiyaların – süni intellekt, peyk müşahidələri, aqrar məlumat bazalarının tətbiqi – bu sahədə çevik və şəffaf idarəetməyə keçidi sürətləndirə bilər. Məqalənin nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycanda işğaldan azad olunmuş torpaqlarda aqrar sektorun inkişafı üçün effektiv və rəqabət qabiliyyətli idarəetmə sisteminin formalaşdırılması dövlətin qarşısında duran əsas strateji vəzifələrdən biridir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.