KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ TƏCHİZAT ZƏNCİRİNDƏ RƏQABƏT PRAKTİKALARI
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-64Xülasə
Tədqiqatın məqsədi - Bu məqalə kənd təsərrüfatı və ərzaq məhsulları təchizat zəncirində mövcud olan haqsız ticarət praktikalarının (HTP) mahiyyətini, onların iqtisadi təsirlərini və fermerlərin üzləşdiyi çətinlikləri araşdırır. Məqalədə, həmçinin bu problemin həlli üçün beynəlxalq, xüsusilə də Avropa İttifaqı (Aİ) təcrübələri təhlil edilərək Azərbaycan üçün müvafiq siyasət tövsiyələri verilir.
Tədqiqatın metodologiyası - Məqalədə müqayisəli təhlil, normativ sənədlərin və beynəlxalq təcrübənin analizi ilə yanaşı, Azərbaycanda pərakəndə ticarət strukturunun transformasiyasını və alıcı konsentrasiyasını qiymətləndirmək üçün rəsmi statistika məlumatlarından və ərzaq dağıtımı (FMCG) sektorunda fəaliyyət göstərən 6 şirkət nümayəndəsi ilə aparılmış ekspert müsahibələrindən istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Tədqiqat HTP-lərin fermerlərin maliyyə sabitliyinə mənfi təsirini və ölkənin ərzaq təhlükəsizliyinə yaratdığı riskləri vurğulayır. Nəticələr HTP-lərlə mübarizə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə yanaşı, icra mexanizmlərinin gücləndirilməsinin, fermer təşkilatlarının dəstəklənməsinin və maarifləndirmə tədbirlərinin zəruriliyini göstərir.
Tədqiqatın nəticələri - Araşdırma göstərir ki, HTP-lərlə mübarizə yalnız qanunvericilik təşəbbüsləri ilə deyil, həm də təşkilati-idarəetmə və maarifləndirmə mexanizmləri ilə gücləndirilməlidir. Fermerlərin hüquqlarının qorunması və təchizat zəncirində ədalətli münasibətlərin qurulması üçün müstəqil nəzarət orqanlarının yaradılması vacibdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - Tədqiqat Azərbaycanda kənd təsərrüfatı təchizat zəncirindəki HTP-ləri beynəlxalq təcrübələr, xüsusilə Aİ Direktivləri fonunda sistemli şəkildə təhlil edir. Məqalə, mövcud “Rəqabət Məcəlləsi” çərçivəsində HTP-lərin spesifik formalarına dair təklif olunan dəyişikliklərə dair təklifləri təqdim edərək bu sahədə institusional və hüquqi boşluqları vurğulayır.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.