AZƏRBAYCANIN RƏQƏMSAL İQTİSADİYYATININ FORMALAŞMASINDA İKT İNFRASTRUKTURUNUN KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN ANALİZİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-67Xülasə
Tədqiqat işində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son beş ili əhatə edən rəsmi hesabatları, habelə rəqəmsal iqtisadiyyat üzrə qlobal reytinq göstəriciləri əsasında geniş müqayisəli analizlər aparılmışdır. Analiz nəticəsində müəyyən edilmişdir ki, ölkədə genişzolaqlı internetə çıxış imkanları və fiber-optik infrastruktur şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənsə də, İKT-nin ÜDM-dəki xüsusi çəkisinin artırılması və regionlararası "rəqəmsal uçurumun" tamamilə aradan qaldırılması üçün hələ də istifadə olunmamış geniş iqtisadi potensial mövcuddur. Məqalənin elmi yeniliyi rəqəmsal infrastrukturun milli iqtisadi suverenliyin qorunmasında və qlobal təhdidlərə qarşı dayanıqlılığın artırılmasında oynadığı strateji rolun yeni çağırışlar müstəvisində nəzəri və praktik cəhətdən əsaslandırılmasıdır. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, rəqəmsal transformasiya təkcə texnoloji yenilənmə deyil, həm də regional əmək bazarlarındakı disbalansın və daxili miqrasiya axınlarının tənzimlənməsi üçün həlledici strateji alətdir. İşin tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, burada irəli sürülən rəqəmsal optimallaşdırma modelləri və dördüncü sənaye inqilabının müasir elementləri dövlət tərəfindən həyata keçirilən islahatların səmərəliliyini artırmaq məqsədilə müvafiq icra strukturları tərəfindən praktik sənəd kimi istifadə oluna bilər. Yekun olaraq, milli bulud (cloud) sistemlərinin genişləndirilməsi, böyük verilənlərin (big data) analitikası və kiber-dayanıqlı iqtisadi ekosistemin formalaşdırılması istiqamətində konkret elmi-praktik tövsiyələr və gələcək inkişaf ssenariləri irəli sürülmüşdür.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.