RƏQƏMSALLAŞMA VƏ RƏQƏMSAL İQTİSADİYYATIN PARADİQMASI

Müəlliflər

  • professor, Telman Imanov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-78

Xülasə

Müasir iqtisadiyyatın rəqəmsal transformasiyası bütün iqtisadi sistemin təşəkkül tapmış yeni xarakterik xüsusiyyətləri ilə şərtləşən mühüm tentensiya sayılır. XXI əsrin birinci yarısından ehtibarən rəqəmsal iqtisadiyyat dünya iqtisadiyyatının inkişafında mühüm trendə çevrilmişdir. Müəyyənedici faktor kimi rəqəmsallaşma XXI əsrdə ixtiyari sosial – iqtisadi sistemin inkişafına real olaraq təsir göstərir. Rəqəmsallaşma proseslərinin sürətlənməsinin əsas səbəbi müasir texnologiyalardan istifadə edən subyektlərin (fiziki və hüquqi şəsxlərin), iqtisadi sektorların və bütün iqtisadi sitemin fəaliyyət effektivliyini əhəmiyyətli dərəcədə artırmağa köməklik göstərə bilməsi xüsusiyyyətidir. Keyfiyyətcə milli iqtisadiyyatın inkişaf parametrləri və uyğun olaraq bütün həyat səviyyəsi dəyişir. Məhsuldarlığın artmasını təmin edən insan cəmiyyətinin texnoloji sıçrayışı yeni imkanlar yaradır və yeni rikslər meydana gəlir. Rəqəmsal iqtisadiyyat biznesə bazara çıxış üçün yeni imkanlar açmaqla hər bir iqtisadi sahənin rəqabət qabiliyyətliliyinə təsir edir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

RƏQƏMSALLAŞMA VƏ RƏQƏMSAL İQTİSADİYYATIN PARADİQMASI. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-78