RƏQƏMSAL SUVERENLİK: AKTUALLIĞI VƏ MAHİYYƏTİ

Müəlliflər

  • Zamig N. Aslanov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-79

Xülasə

Bu məqalədə rəqəmsal suverenliyin mahiyyəti və aktuallığı ilə bağlı məsələlər tədqiq edilmişdir. Müəllif ilk növbədə rəqəmsallaşma prosesinin ictimai həyata təsirlərini vurğulayır və rəqəmsallaşmanın yalnız texnoloji deyil, həm də sosial, iqtisadi, inzibati, etik və fəlsəfi aspektləri özündə əks etdirdiyini göstərir. Bu gün ictimai həyatın ən müxtəlif sahələrinə geniş şəkildə nüfuz edən rəqəmsal texnologiylar həmin sahələrdə ictimai münasibətlərin strukturuna, məzmununa və xarakterinə ciddi şəkildə təsir göstərir. Rəqəmsal suverenliyi zəruri edən faktorlara kibertəhlükəsizlik riskləri, yəni ölkənin informasiya məkanının xarici müdaxilələrdən və kiberhücumlardan qorunması ehtiyacı, sosial media və informasiya mühitində xarici təsirlərin neytrallaşdırılması, fərdi məlumatların qorunması, rəqəmsal infrastruktur üzərində nəzarətin, texnoloji rəqabət qabiliyyətinin təmin edilməsi və s. aid edilir. Müəllifə görə rəqəmsal suverenlik dövlət suverenliyinə alternativ olan əlahiddə bir suverenlik növü və ya forması deyildir. O, sadəcə olaraq vahid və bölünməz olan dövlət suverenliyinin rəqəmsal mühitdə (kiber məkanda) təzahürüdür. Məqalədə rəqəmsal suverenliyin mahiyyətinə dair müxtəlif yanaşmalar təhlil edilərək, “rəqəmsal suverenlik” və “informasiya suverenliyi” anlayışlarının qarşılıqlı nisbəti ilə bağlı müəllif mövqeyi ifadə edilir. Yekunda məqalə çərçivəsində qeyd edilən bütün fikirlər və aparılan araşdırma və təhlillər ümumiləşdirilərək müəyyən mülahizələr irəli sürülür.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

RƏQƏMSAL SUVERENLİK: AKTUALLIĞI VƏ MAHİYYƏTİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-79