AZƏRBAYCAN ELMİNİN MALİYYƏLƏŞMƏ MODELİNİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

Müəlliflər

  • Ilyas A. Hasanov, İntizar A. Rustamova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-83

Xülasə

Məqalədə Azərbaycan Respublikasında elmin maliyyələşdirilməsi modelləri, xüsusilə baza maliyyələşdirilməsinin iqtisadi mahiyyəti, funksional xüsusiyyətləri və mövcud problemləri təhlil olunur. Tədqiqat göstərir ki, ölkədə elmi fəaliyyətin maliyyə təminatı əsasən dövlət büdcəsinə söykənir və ayrılan vəsaitlərin böyük hissəsi əməkhaqqı və inzibati xərclərin ödənilməsinə yönəldilir. Bu struktur elmi infrastrukturun yenilənməsi, eksperimental tədqiqatların aparılması və innovativ təşəbbüslərin inkişafı üçün mövcud imkanları ciddi şəkildə məhdudlaşdırır. Məqalədə müqayisəli təhlil və statistik analiz metodlarından istifadə olunaraq, Azərbaycanın elmi sisteminin maliyyələşməsi beynəlxalq təcrübə ilə müqayisə edilmişdir. ABŞ, Avropa ölkələri və Cənubi Koreya kimi innovativ iqtisadiyyatların təcrübəsi göstərir ki, elmi fəaliyyətin səmərəli inkişafı üçün baza maliyyələşdirilməsi ilə yanaşı, layihə və qrant əsaslı rəqabətli maliyyələşdirmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatın nəticələri göstərir ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün qarışıq maliyyələşdirmə modelinə mərhələli keçid zəruridir. Bu model baza maliyyələşdirilməsinin sabitlik funksiyasını qorumaqla yanaşı, qrant mexanizmləri vasitəsilə elmi fəaliyyətin nəticəyönümlülüyünü və rəqabət qabiliyyətini artırmağa imkan verir. Məqalədə elmi nəticələrin kommersiyalaşdırılması, universitet–biznes əməkdaşlığının genişləndirilməsi və performans əsaslı maliyyələşdirmə sisteminin tətbiqi üzrə bir sıra konseptual təkliflər irəli sürülmüşdür.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

AZƏRBAYCAN ELMİNİN MALİYYƏLƏŞMƏ MODELİNİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-83